Milli Məclis gələn ilin büdcəsini qəbul etdi

Milli Məclisin iclası başlayıb.

Astv.news məlumatına görə, iclasın gündəliyinə 22 məsələ daxildir.

İclasda Baş nazir Əli Əsədov da iştirak edir.

İclasda “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Həmçinin “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Əmək pensiyaları haqqında” qanunda, “Məşğulluq haqqında” qanunda, “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik layihələri üçüncü oxunuşda qəbul edilib.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də üçüncü oxunuşda qəbul olunub.

Həmçinin Milli Məclisin 2020-ci il üçün xərclər smetası və Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası təsdiqlənib.

Oxu.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Yeni Ombudsman and içdi

C Noy 29 , 2019
Azərbaycanda yeni seçilən Ombudsman Səbinə Əliyeva bu gün Milli Məclisdə and içib. Astv.news məlumatına görə, S.Əliyeva bildirib ki, öz vəzifəsini şərəf və ləyqaətlə yerinə yetirəcək: “Əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən […]

Sosial

İdman

Video