Milli Məclisin deputatları Ukraynaya gedir

Milli Məclisin deputatları Naqif Həmzəyev, Azər Kərimli və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün Kiyev şəhərinə səfərə gedəcək.

Astv.news Trend-ə istinadən xəbər verir ki, Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq.

Azər Kərimli GUAM Parlament Assambleyası nümayəndə heyətinin tərkibində, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edəcəklər.

Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər.

Səfər aprelin 2-də başa çatacaq.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezidentdən Azər Mustafazadə ilə bağlı SƏRƏNCAM

Ç Mar 27 , 2019
Prezident İlham Əliyev Azər Mustafazadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azər Abdulla oğlu Mustafazadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.Qeyd edək ki, Azər Mustafazadə Azərbaycan Dövlət Nəşriyyatının direktorudur. Oxunma sayı : […]

Sosial

İdman

Video