Millimiz Millətlər Liqasında Ermənistanla bir səbətdə yer alacaq

UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020/21-ci il mövsümü ilə əlaqədar olub.

Astv.news xəbər verir ki, Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C Liqasında mübarizə aparacaq.

Millimiz C liqasının reytinqə görə ən zəiflərin yer aldığı dördüncü səbətində yer alıb. Bu səbətdə digər komandalar Qazaxıstan, Moldova və Ermənistan yığmalarıdır.

C liqasında yığmamızın potensial rəqibləri isə bu komandalardır:

Birinci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan

İkinci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr

Üçüncü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq

Qeyd edək ki, UEFA Millətlər Liqasının  püşkatma mərasimi 2020-ci il martın 3-də Niderlandın paytaxtı Amsterdamda keçiriləcək.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Prezidenti və Baş katibi ilə görüşüb

C Dek 6 , 2019
Slovakiyanın Bratislava şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Prezidenti George Tsereteli və qurumun Baş katibi Roberto Montella ilə görüşüb. XİN-dən Oxu.Az-a verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib və konstruktiv dialoq və anlaşma […]