Mingəçevirdə mikroavtobus aşdı: Yaralılar var – FOTO

Mingəçevirdə mikroavtobus aşıb.

APA xəbər verir ki, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb.

“Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub.

Toqquşmanın təsirindən mikroavtobus aşıb.

Qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı  və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talıb qızı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Məktəblilər olimpiadada qızıl medal qazandı - FOTO

Ça Yan 14 , 2020
Azərbaycanlı məktəblilər olimpiadadan bir qızıl, üç gümüş və dörd bürünc medal qazanıb. Astv.news xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar. 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin […]