MN: Azərbaycan əsgərinin həlak olması növbəti dezinformasiyadır

Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adında hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır.

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirıliyinin mətbuat xidmətindən bildiriblər:

“Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə bu ad və soyadda hərbi qulluqçumuz yoxdur. Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir. Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakı-Sumqayıt yolunda ağır qəza - İki nəfər dünyasını dəyişib (VİDEO)

Şb Noy 30 , 2019
Bakıda ağır-yol nəqliyyat hadisəsi baş verib. Astv.news məlumatına görə, qəza Bakı-Sumqayıt yolunda qeydə alınıb. Şahidlərin sözlərinə görə, “Reno” markalı avtomobilinin yol kənarındakı təpəciyə çırpılması nəticəsində iki nəfər dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünyasını dəyişmiş şəxslərin deformasiyaya uğramış meyitlərini avtomobildən çıxararaq müvafiq orqanlara təhvil veriblər. Qəza yerinə […]

Sosial

İdman

Video