Mobil telefonları gizli yolla ölkəyə keçirməyə çalışdılar

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Vaz 21013” markalı minik nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Trend-ə Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, vətəndaşın üzərində 10 ədəd “Samsung Galaxy A10 S” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda ev yanıb

C Fev 14 , 2020
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 54 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və taxtadan ibarət dam örtüyü 35 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Oxunma sayı : 6

Sosial

İdman

Video