Mövqelərimiz snayperlərlə atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Novruzlu, Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sabiq erməni deputatı Rusiyada həbs etdilər

C Noy 22 , 2019
Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarkisyanın adı gömrük xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın evinə təşkil olunan basqında hallanır. Ermənistan mətbuatı hüquq-mühafizə orqanlarının yaydığı məlumata istinad edərək xəbər verir ki, Ermənistan polisi rusiyalı həmkarları ilə birgə sabiq deputatı Rusiyanın Zelenoqradsk şəhərində saxlayıblar. O, uzun illər hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. Levon […]

Sosial

İdman

Video