MSK DSK-nın qərarını ləğv etdi

Mərkəzi Seçki Komissiyası (MSK) 41 saylı Sumqayıt Birinci Seçki Dairəsinin qərarını ləğv edib.

Astv.news məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə deputatlığa namizədliyini irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.

MSK üzvü Qabil Orucov bildirib ki, 41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M.Rəhimlinin namizədliyini qeydə almayıb. MSK DSK-nın qərarını ləğv edib və M.Rəhimlinin deputatlığa namizədliyi qeydə alınıb.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Milli Məclisə seçkilərdə 1047 nəfərin namizədliyi qeydə alınıb

Be Yan 13 , 2020
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində indiyə qədər qeydə alınan namizədlərin sayı açıqlanıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yekun olaraq 2431 namizəd müraciət edib: “299 nəfər 19 siyasi partiya, 11 nəfər […]