Mübariz Qurbanlı: “Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər”

“Azərbaycan xalqının qarşısında mühüm vəzifələr durur və ən vacib məsələ Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaqdır. İkinci məsələ xalqın rifahını daha da yüksəltmək, Azərbaycanın inkişaf etmiş ölkələr arasında yerini möhkəmləndirmək, daha güclü Azərbaycan quruculuğuna nail olmaqdır”.

Astv.news-in xəbərinə görə, bunu Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, ölkədə bəzi qruplar həm xaricdən olan təbliğatın və digər təsirlərin nəticəsində, həm də özlərinin mənfur niyyətlərini həyata keçirmək naminə qarşıdurma yaratmaq və s. ilə bağlı cəhdlər edirlər: “Bu cəhdlər zamanı mitinqlərdən istifadə edirlər. Azərbaycan demokratik dövlətdir, bu gün mitinqlərlə nəyisə xalqa çatdırmaq, nəyəsə nail olmaq zamanı arxada qalıb. Kiminsə, hansısa siyasi qrupun sözü varsa, bunu cəmiyyətə çatdırmaqda heç bir problem yoxdur. Məsələn, “Məhsul” stadionunda keçirilən mitinq bir daha göstərdi li, Azərbaycan xalqı bu cür aksiyalara dəstək vermir. Burada toplaşan eyni adamlardır, eyni fikirlər səsləndirirlər, eyni sözlər söyləyirlər və onların boyat fikirlərinə xalq heç də reaksiya vermir, verməyəcək də. Çünki onların dediklərində hər hansı yenilik yoxdur”.
Report

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Müəllim ailəsi nümunəvi vətənpərvər addım atdı - VİDEO

Bz Yan 20 , 2019
Bu xəbərimiz Qazaxda yaşayan bir müəllim ailəsindən bəhs edir. Bu ailənin üzvləri öz təşəbbüsləri və daxili imkanları hesabına Azərbaycan həqiqətləri ilə bağlı videolar hazırlayıb sosial şəbəkələrdə yayırlar. Maraqlıdır ki, onlar bu rolikləri Fransız dilində hazırlayırlar və bu işə tələbələrini də cəlb edirlər. Qazaxın Kosalar kəndində yaşayan müəllim ailəsi 20 yanvar […]

Sosial

İdman

Video