Müdafiə Nazirliyi ilə Ombudsman tədbirlər planı imzaladı

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2020-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, plana əsasən, keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.
İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək tədbirlərdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçiriləcək, eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

BSU-da payız semestrinin imtahan sessiyası başladı (FOTO)

Ça Yan 7 , 2020
Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 6 dekabr 2019-cu il tarixli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər […]