Musiqili Teatr da Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının rəhbərliyinin aylıq əməkhaqqından könüllülük prinsipi əsasında ayırdığı vəsait ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mərmi altında keçən ömür - VİDEO

Ç Mar 25 , 2020
Ağdamın Orta Qərvənd kəndi düşmən mövqelərinə yaxın yaşayış məntəqələrindən biridir. Bu cəbhə kəndində qeydə alınmış hər bir kadr müharibənin izlərini daşıyır. Elə bir ev olmaz ki, düşmən atəşinin yetirdiyi zərər görünməsin. Dəlik-deşik olan həyət qapılarına kəndin istənilən evində rast gəlmək mümkündür. Kənd sakini Şakir Heydərov Baku.Tv-yə bildirib ki, həmkəndliləri burada çox çətin şəraitdə […]

Sosial

İdman

Video