Nərmini sonuncu görən şəxs danışdı: “MƏNƏ DEDİ Kİ…” – VİDEO

Noyabrın 21-i Tovuzun Dondar Quşçu kəndində itkin düşən və yanvarın 6-da axşam saatlarında yaşadığı evin yaxınlığında yandırılmış meyiti tapılan Nərmin Quliyevanı sonuncu görən şəxs açıqlamalar verib.

Publika.az xəbər verir ki, 10 yaşlı Nərmini sonuncu görən insan olan kənd sakini və qohumu Maarif Quliyev onu qoyunları kəndə qaytararkən görüb söhbətləşdiyini deyib:

“Soruşdum, hara gedirsən, dedi, nənəmgilə. Söhbət edə-edə gəlirdik. Dedim, ay qızım, neçədə oxuyursan? Dedi, 5-ci sinfə keçdim. Qiymətlərini soruşdum, “4”, “5” aldığını dedi. Mən də ona dedim ki, sağlıq olsun, 6 ildən sonra ali məktəbə qəbul olsan, sənə xüsusi hədiyyəm olacaq. Allah rəhmət eləsin… Bu əməli törədələrin qanında erməni qanı var”.

M.Quliyev həmin gün Nərminin davranışlarında hər hansı şübhəli məqam hiss etmədiyini əlavə edib.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Pensiya almaq istəyənlərə ŞAD XƏBƏR: Yaş həddində dəyişiklik

Ç Yan 8 , 2020
Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməklə, eyni zamanda sosial təminat sisteminin təkmilləşdirilməsində növbəti addımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sfera.az-a verilən məlumata görə, bu qanunlarla yaşa görə əmək pensiyası və yaşa görə müavinət […]

Sosial

İdman

Video