Nərminin vəhşicəsinə qətlində sirr pərdəsi: Polis əmioğlu İlkinə kömək edib? – RƏSMİ AÇIQLAMA

10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham edilən İlkin Süleymanovun dünən saxlanılmasından sonra gündəmə gələn növbəti məsələ həmin şəxsin qohumunun hüquq-mühafizə orqanları əməkdaşı olmasıdır.

“TV Press” Agentliyinin iddiasına əsasən, İ.Süleymanovun əmisi oğlu olan polis işçisi 47 gün ərzində cinayəti gizlətməkdə ona kömək edib. Bildirilir ki, hazırda polis əmioğlu da saxlanıraq istintaqa cəlb edilib.

Qafqazinfo yayılan bu məlumatla əlaqədar mərhumun atası Şərif Quliyevlə danışıb.

O qeyd edib ki, İ.Süleymanovun əmisi oğlunun polis olması faktı düzdür. Ancaq bundan başqa heç bir məlumata sahib deyil, onun ad və ya soyadı barədə heç nə bilmir.

Qafqazinfo məlumatı dəqiqləşdirmək üçün DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb.

O da qeyd edib ki, İ.Süleymanovun əmisi oğlunun polis olması xəbəri düzdür:

“Əmisi oğlu sıravi bir polis serjantıdır. Buna görə də heç bir əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etməyib. Onun bu işlərə heç bir aidiyyəti yoxdur. Hazırda aparılan istintaq zamanı saxlanılmayıb. Nərmin Quliyevanın ailəsindən də həmin polis serjantının istintaqa cəlb edilməsi ilə bağlı şikayət verilməyib. İstintaq prosesi davam edir”.

Qeyd edək ki, sözügedən polisin Nərminin axtarışı müddətində İlkin Süleymanovun evinə baxış keçirilməsinə mane olduğu da əsas iddialar sırasında idi.

Xatırladaq ki, məlum qətl hadisəsində şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu ötən gün tutularaq istintaqa cəlb edilib.

Rəsmi məlumata görə, İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Vasif Talıbovun seçkilərdə rəqibləri – Biri müəllim, digəri həkimdir

Şb Yan 11 , 2020
Milli Məclisə keçiriləcək seçkilərdə 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən deputatlığa üç nəfər namizəd qeydə alınıb. Astv.news məlumatına görə, onlardan biri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovdur. Deputatlığa digər namizəd isə Etibar Məmmədovdur. O, müəllimdir. Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzinin direktorudur. Digəri isə Mirvəli Seyidovdur. M.Seyidov həkimdir. Naxçıvan Muxtar Respublikasının […]

Sosial

İdman

Video