Nadir Qafarzadə od püskürdü: “Özünüzü yığışdırın, kişiliyinizi evinizdə göstərin” – VİDEO

“Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” səhər şousunda qonaq olan müğənni Nadir Qafarzadə qalmaqallı açıqlamalar verib.

Astv.news xəbər verir ki, şou-biznesin açıq sözlü sənətçisi proqramın aparıcısı Tarix Əliyevin (Tolik) ünvanladığı “Qocaman kişi sənətçilərimiz saçlarını boyatdırırlar. Buna görə onları tənqid edirlər. Sənətçi əgər saçını boyatdırırsa, bu qəbahətdir?” sualına N.Qafarzadənin cavabı kəskin olub:

“Bu səhnədir. Səhnənin öz mədəniyyəti və tələbləri var. Biz səhnə adamlarıyıq. Düşünürəm ki, əgər bir sənətçi saçını boyatdırırsa, bunda ayıb yoxdur. Nəinki səhnə, eləcə də adi insan da özünə baxmalıdır.

Bu kişi söhbətlərini yığışdırın! Başqa millətin nümayəndələri bu söhbətlərə görə, bizə gülər. Özünüzü yığışdırın. Keçmişi yada salın. Dilinizi qısa edin. Kişisən evində kişiliyini göstər. Kim kişilikdən danışırsa, getsin kişiliyi arvadına, qohumlarına göstərsin. Ümumilikdə kişilik haqqında danışma. Çünki adamın qarşısına elə faktlar çıxararlar ki, qalarsan… nə isə…”

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Həbs edilən sabiq icra başçılarından XƏBƏR VAR

Ç Fev 12 , 2020
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında monitorinq keçirib. Bu barədə Trend-ə komitə sədri Tural Hüseynov məlumat verib. Onun sözlərinə görə, monitorinq zamanı orada saxlanılan şəxslərin səhhəti, saxlanma şəraiti, rəftar və digər zəruri məsələlərlə maraqlanıblar: “Monitorinqi komitənin sədr müavini Elçin Şirinovla keçirdik. Saxlanılan şəxslərdən […]

Sosial

İdman

Video