NASA Aya çırpılan “Vikram”ın görüntüsünü yaydı – FOTO

NASA-ya məxsus Ayın orbital peyki Yerin təbii peykinin səthində Hindistanın “Vikram” aparatının qalıqlarını aşkarlayıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Kosmik Agentliyin saytında xəbər yayılıb.

NASA özünün “Twitter” hesabında dərc etdiyi fotoda aparatın müxtəlif qalıqlarını mavi və yaşıl rənglərlə işarələyib.

“Bizim Ay missiyası “Çandryan-2” layihəsinin “Vikram” eniş aparatını müəyyənləşdirib. Qarşınızda sərt eniş ərazisindən izlər var”, – deyə məlumatda bildirilir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Parlament yeni medal təsis etdi - Bu şəxslərə veriləcək

Ça Dek 3 , 2019
Milli Məclisin bu gün keçirilən iclasında “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Astv.news məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Diaspor fəaliyyətində xidmətə görə” medalı […]