Nazir: “Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi 53 faiz artıb”

2019-cu ilin ilk beş ayı ərzində Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz artıb.

Astv.news Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib.

Nazir qeyd edib ki, Azərbaycan Fransa iqtisadiyyatına 2,6 milyard dollar investisiya qoyub:

“Fransanın Azərbaycan iqtisadiyyatına investisiyalarının həcmi 2,2 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 45 Fransa şirkəti fəaliyyət göstərir. Fransız şirkətləri sənaye, nəqliyyat, tikinti, telekommunikasiya və digər sahələrdə peşəkar səviyyədə işləyir. Onlar həmçinin, neft emalı zavodunun modernləşdirilməsi və rekonstruksiyasında fəaldırlar. Bundan başqa, mən “Total” şirkətinin Azərbaycanda çoxillik, uğurlu fəaliyyətini qeyd etmək istərdim”.

Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Fransanın əsas tərəfdaşıdır və Fransanın bu regionda ticarət dövriyyəsinin 62,4 faizi Azərbaycanın payına düşür.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Yunanıstanda fırtına - altı turist öldü - VİDEO

Ca İyl 11 , 2019
Yunanıstanın şimalını, xüsusilə turizm bölgəsi Halkidikini cənginə almış fırtına nəticəsində altı nəfər ölüb. “Anadolu” xəbər verir ki, ölənlərdən ikisi uşaqdır. Ölənlər Çexiya, Rumıniya və Rusiyadan gələn turistlərdir. Təbiət hadisəsi nəticəsində dördü ağır olmaqla, 108-dən çox şəxs xəsarət alıb. Bölgədə fövqəladə vəziyyət elan edilib. Oxunma sayı : 20

Sosial

İdman

Video