Nazir: Təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq

2020-2021-ci tədris ilindən təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq.

Astv.news məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfransda Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bu ilin tədris ilində tələbələrə verilən təqaüdlərin həcmi 20 faiz artırılıb, bu da 110 mindən çox tələbəni əhatə edib:

“Təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən olub. 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub. Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə, bu rəqəm beş dəfə çoxdur. Əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib”.

“Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə bu tədris ilində səkkiz istiqamət üzrə 231 tələbə qəbul edilib. Gələn ildən tələbə sayının 1000 nəfərə çatırıdılması nəzərdə tutulur”, – deyə C. Bayramov qeyd edib.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Dağ Yəhudiləri Yevda Abramovun yerinə deputatlığa yeni namizəd tapdılar

Ça Dek 24 , 2019
Dağ yəhudilərindən parlament seçkilərində iştirak etmək üçün Yəhudi İcmasına müraciət edənlər var. Bu sözləri Modern.az-a Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliyev söyləyib. O qeyd edib ki, parlament seçkilərində yəhudilərin cəmi bir nəfər namizədi olacaq: “Amma hələlik namizədin kimliyi ilə bağlı dəqiqləşmə aparmamışıq. Yəqin ki, yaxın […]

Sosial

İdman

Video