Nazirdən daha bir rəis təyinatı

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir rəislə bağlı əmr imzalayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Şəki Rayon-Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək paytaxtın Nəsimi Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Bundan əvvəl isə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Musa Musayev isə Binəqədi Rayon Polis İdarəsinə rəis göndərilmişdi.

Binəqədinin rəisi Namiq İsmayılov isə yaş həddinə görə təqaüdə göndərilib.

Qeyd edək ki, son günlər nazir polis rəislərinin yerinin dəyişdirilməsi və onların sərəncama götürülməsi ilə bağlı intensiv əmrlər verib.

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Alışanovun 2 illik fəaliyyəti yoxlanılır - Auditorlar içərisində həyat yoldaşı da olacaqmı?

Ca Yan 24 , 2019
Bu il Hesablama Palatasının İş Planına uyğun olaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmış vəsaitlərin istifadəsinin auditi həyata keçiriləcək.  Şirkətdə sonuncu planlı yoxlama 2015-ci ildə aparılıb.  Hesablama Palatası yoxlamanın nəticələrini 2016-cı ilin aprelində açıqlayıb. Məlum olub ki, dövlət televiziyasında UEFA çempionlar liqasının final oyunlarından reportajlar hazırlamaq üçün […]

Sosial

İdman

Video