Nazirlər Kabinetində görüşdə Azərbaycan–Rusiya iqtisadi əlaqələrinin inkişafından danışılıb

Yanvarın 24-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ilə görüşüb.

Astv.news məlumatına görə, Baş Nazir Əli Əsədov Mixail Qusmanı yubileyi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Görüşdə Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin getdikcə dərinləşdiyi vurğulanıb, humanitar əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının uğurla keçdiyi və xalqlar arasında münasibətlərə müsbət təsir göstərdiyi vurğulanıb.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycana 30 santimetr qar yağdı

Şb Yan 25 , 2020
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində faktiki hava şəraiti ilə bağlı məlumat yayıb. Nazirliyin Milli Hidrometerologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 25-i səhərədək ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, sulu qar, qar yağıb. Düşən yağıntının miqdarı Lerikdə 9 mm, Altıağacda 5 mm, Quba, Xaltan, Astara, Ağdərədə 4 […]