Nazirlik kompensasiyaların ödənişi üçün pul ayırıb

Fiziki şəxslərin problemli kreditləri ilə bağlı kompensasiyaların ödənişi üçün ilk maliyyələşmə tranşı həyata keçirilib.

Astv.News xəbər verir ki, Maliyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq aprelin 19-da Maliyyə Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdimatı əsasında bankların, ləğvetmə prosesində olan kredit təşkilatlarının və bank olmayan kredit təşkilatlarının Mərkəzi Bankdakı hesablarına ilk tranş ayrılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir