Nazirlik rəsmisindən Bakıda qar AÇIQLAMASI

Yanvarın 24-dən 25-nə keçən gecə Bakıda və Abşeron yarımadasında sulu qar yağacağı üçün yerdə qar örtüyü olmayacaq.

Astv.news  məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, prosesin qısamüddətli olmasını nəzərə alaraq, qar örtüyünün əmələ gəlməsi ehtimalı azdır:

“Amma respublikanın Şimal və Cənub, Şimal-qərb bölgələrində, dağlıq və dağətəyi yerlərdə, Naxçıvan Muxtar Respublikasında artıq qar örtüyü əmələ gəlib və gün ərzində prosesin davam etməsi nəticəsində axşama qədər qar örtüyünün hündürlüyü artacaq”.

U.Tağıyeva qeyd edib ki, yanvarın 25-dən sonra havanın temperaturu qalxacağı üçün qar örtüyü davamlı olmayacaq.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mingəçevirdəki silahlı insidentə görə saxlanılanlar var

C Yan 24 , 2020
Xəbər verildiyi kimi, yanvarın 20-də Mingəçevir şəhər sakini Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də iş üzrə digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata […]