Nazirlik səkkiz nəfərdən birinin ölümünə səbəb olan dərmanla bağlı açıqlama yaydı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Türkiyənin “Dormofol” dərman vasitəsini geri çağırmasına aydınlıq gətirib.

Nazirlikdən verilən məlumatda bildirilib ki, Türkiyənin Sparta Şəhər Xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən səkkiz xəstədən birinin anesteziya iynəsindən sonra ölməsi Türkiyə Səhiyyə Nazirliyini hərəkətə keçirib.

“Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsiredici maddə tərkibli “Dormofol” 1%-li intravenoz inyeksiya və “Dormofol” 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb.

İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir. Əhalinin və tibb işçilərinin nəzərinə çatdırılır ki, həmin dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayıb və ölkəmizə idxal olunmayıb.

Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir”, – məlumatda qeyd olunub.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda evdən külli miqdarda oğurluq: Sürücü qapının açarlarını götürərək, surətini çıxarıb - FOTO

Ça Yan 14 , 2020
Mənzildən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. DİN Baş Cinayət Axtarış İdarəsi və Səbail Rayon Polis İdarəsi  əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində ötən ayın 26-da Badamdar qəsəbəsində yerləşən K.Əliyevə məxsus evdən seyfi sındıraraq içərisindən 5700 […]

Sosial

İdman

Video