Nazirlik zəhərlənən tələbələrin vəziyyəti ilə bağlı məlumat yaydı

Dünən Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən tələbələrin vəziyyəti barədə yeni məlumat yayılıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, zəhərlənən tələbələrin vəziyyətində heç bir dəyişiklik yoxdur.

Onların vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

Xatırladaq ki, dünən Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İt sahibini dörd dəfə xərçəngdən xilas etdi

C Noy 22 , 2019
ABŞ-ın Viskonsin ştatının sakini xərçəngə tutulduğunu itinin sayəsində bilib. “Daily Star”ın xəbərinə görə, altı il əvvəl Stefani Herfelin Sierra adlı iti özünü qəribə aparmağa başlayıb. O, tez-tez sahibəsinə yaxınlaşıb, onun qarnını iyləyir və burnunu ona sürtürmüş. Əvvəl Stefani buna fikir verməyib, sonra it şkafa qısılıb ağlayanda qadın şübhələnməyə başlayıb. İtin qəribə […]

Sosial

İdman

Video