Neftin qiyməti artır

London birjasında “Brent” markalı neftin qiyməti 4,5% yüksəlib.

TASS xəbər verir ki, WTI markalı neft fyuçerslərinin dəyəri 4,8% artıb.

Londonun ICE birjasında ticarət sessiyası zamanı “Brent” markalı neftin qiyməti 2020-ci ilin mayı üçün bir barelə görə 28,3 dollara çatıb.

WTI markalı neft fyuçerslərinin qiyməti bir barel üçün 24,5 dollar səviyyəsindədir.

Artımın pik həddində Bakı vaxtı ilə saat 5:10-da “Brent” markalı neftin qiyməti bir barel üçün 28,4 dollara (+5,1%), WTI markalı neftin qiyməti isə bir barelə görə 24,79 dollara (+6%) qədər qalxıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Milli Məclisdə onlayn informasiya mübadiləsi qrupları yaradılıb

Ça Mar 24 , 2020
Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb. Məclisin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Milli Məclisin rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri arasında, Milli Məclisin rəhbərliyi ilə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri arasında, habelə Milli Məclisin rəhbərliyi ilə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında internet üzərindən […]

Sosial

İdman

Video