NİYƏ BƏZİ DUALARI ALLAH HƏYATA KEÇİRMİR?

Niyə bəzi duaları Allah həyata keçirmir? Axı Quranda Allah buyurur ki, mənə dua edin, mən də duanızı müstəcab edim.

Hansı duanın qəbul edilməsini, hansının isə qəbul edilməməsini Allah daha yaxşı bilir. Allah-Taala insanı yaratdığı üçün nəyin ona xeyrli olduğunu və həmçinin, onun nəyə layiq olduğunu insanın özündən də yaxşı bilir. Bəzən insan istədiyi mükafata layiq olmadığı üçün Allah onun istəyini qəbul etmir. Bəzən isə Allah duanın qəbul edilməsini müəyyən müddətə təxirə salır. Bu, bəndəni rədd etmək üçün deyil, bəndənin istədiyini ona uyğun bir zamanda vermək üçündür. Bəzən bəndə özünə xeyirli olmayanı istəyir. Allah isə onun səhv etdiyini təbii ki bilir və Öz hikməti əsasında həmin istəyi yerinə yetirmir. Çünki bu istəyi əldə etməklə bəndə qat-qat ağır itkilər verəcək, duanın müstəcab olması ona xeyir yox, ziyan gətirəcək. İnsanlar ilahi hikməti həmişə anlamadıqları üçün bəzən dualarının həyata keçməməsindən narahat olur və hətta Allahı ədalətsizlikdə günahlandırırlar.

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bu gün İlham Əliyevin “Rossiya-24” telekanalına müsahibəsi yayımlanacaq

Be Dek 30 , 2019
Xəbər verdiyimiz kimi, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibə verib. Bununla bağlı “Trend” İnformasiya Agentliyi məlumat yayıb. Dövlətimizin başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərlə bağlı sualları cavablandırıb. Bu gün günorta saatlarında “Rossiya-24” televiziya kanalında Prezident İlham Əliyevin müsahibəsinin yayımı planlaşdırılır. Azərbaycan […]