Olimpiya çempionumuz koronavirusdan qorunmaq üçün vətəndaşları evdə qalmağa səsləyib – VİDEO

Olimpiya çempionu Zemfira Meftahətdinova koronavirusdan qorunmaq üçün Azərbaycan vətəndaşlarını evdə qalmağa səsləyib.

Z.Meftahətdinova Trend-ə müsahibəsində hamını bu bəladan xilas olmaq üçün xüsusi karantin qaydalarına riayət etməyi vacib bilib:

“Əziz xalqımız, vətəndaşlarımız. Hamımız koronavirusla bağlı dünyada nələr baş verdiyini bilirik, prosesləri izləyirik. Azərbaycan dövləti vətəndaşların təhlükəsizliyi üçün çoxlu tədbirlər görüb. Bu tədbirlərə dəstək, səbr nümayiş etdirən polislərimizə və həkimlərimizə kömək edək, tövsiyələrə maksimum riayət edək. Əminəm ki birgə səylərimiz nəticəsində bu problemin öhdəsindən layiqincə gələcəyik. Güc birlikdədir, bir birimizə dəstək olaq, hamınıza can sağlığı və uğurlar arzu edirəm”.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanlıların ən çox getdiyi ÖLKƏLƏR

C Apr 3 , 2020
2020-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz artaraq, 820,6 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Ölkə vətəndaşlarının 38,4 faizi İrana, 29,1 faizi Gürcüstana, 17,3 faizi Rusiya Federasiyasına, 9,9 faizi Türkiyəyə, 5,3 faizi isə digər […]