Oman sultanı vəfat edib

Oman sultanı Qabus bin Səid Əl Səud vəfat edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin dövlət agentliyi məlumat yayıb.

Məlumata görə, sultanlığın rəhbəri dünən – yanvarın 10-da dünyasını dəyişib. Sultan dəftərxanası tərəfindən yayılan xəbərdə qeyd edilir ki, 79 yaşlı sultan uzunsürən xəstəlikdən ölüb.

Qeyd edək ki, 2015-ci ildə Oman sultanında xərçəng xəstəliyi aşkarlanmışdı. Son vaxtlar yerli mətbuatda onun səhhətinin pisləşməsi barədə hər hansı məlumat yayılmayıb.

Qabus bin Səid 50 il idi ki, ölkəni idarə edirdi. O, 1970-ci ildə hakimiyyətə gəlmişdi.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsinin bütün detalları məlumdur - qan donduran təfsilat

Şb Yan 11 , 2020
İstintaq 10 yaşlı Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsinin bütün detallarını müəyyən edib. Faktla bağlı saxlanılan Quliyevlərin 47 yaşlı qonşusu İlkin Süleymanov etiraf xarakterli ifadə verib. Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatlara əsasən, Nərmin Quliyeva əmisinin həyətindən çıxmasından sonra küçədə İ.Süleymanovla qarşılaşıb. O, qızı aldadaraq evinə aparıb. Qatil qıza öz qızı […]