Ötən ay Azərbaycana əsasən bu məhsullar idxal olunub

Ötən ay Azərbaycanın ən çox idxal etdiyi məhsulların siyahısı açıqlanıb.

Astv.news  xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsi yayıb.

Belə ki, 2019-cu ilin dekabr ayı ərzində Azərbaycana idxal olunan əsas məhsullar ət, kərə yağı və süddən hazırlanmış digər yağlar, meyvə-tərəvəz, çay, buğda, düyü, bitki və heyvan mənşəli piylər və yağlar, tütün və tütün məmulatları, əczaçılıq məhsulları, gübrələr, plastmassa və onlardan hazırlanan məmulatlar, oduncaq və ondan hazırlanan məmulatlar, geyim əşyaları və geyim üçün ləvazimatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri, mebel və onun hissələri olub.

Ümumilikə ötən ay ərzində ölkəyə idxal olunan məhsulların ümumi dəyəri 13 milyard 667.237 milyon manat təşkil edib.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ötən gün yol qəzalarında beş nəfər ölüb

Ça Yan 14 , 2020
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq […]