Rusiyada qandonduran hadisə baş verib. Astv.news primetime.az-a istinadən xəbər verir ki, ölkənin Smolensk bölgəsində 43 yaşlı şəxs 47 yaşlı həyat yoldaşının başını kəsərək bədənindən ayırıb. Buna səbəb isə qadının bişirdiyi yeməyin dadsız olması olub. Sözügedən şəxs daha sonra intihar etməyə çalışsa da, cəhdi uğursuz alınıb. Faktla bağlı qəsdən adam öldürmə maddəsi […]

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev yeni baş mütəxəssis təyin edib.Astv.news unikal.org-a istinadən xəbər verir ki, Asif Ağayevin müvafiq əmri ilə, İsayeva Lamiyə Elixan qızı Beyləqan rayon İcra hakimiyyətinin baş mütəxəssisi vəzifəsinə gətirilib. Sözügedən xəbəri Beyləqan rayon İcra hakimiyyətdən təsdiqləyiblər.Qeyd edək ki, Asif Ağayev Beyləqan rayon İcra hakimiyyətinin başçısı təyin ediləndən sonra  baş mütəxəssis […]

Ata qızını boğduqdan sonra bədənini hissələrə ayırıb və meşədə basdırıb. Bizimyol.infoTürkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Ədirnə şəhərində dönərçiliklə məşğul olan 55 yaşlı Hasan Uslu 32 yaşlı övladı Didem Uslunu qətlə yetirib. Ata prokurorluğa ifadəsi zamanı qızının psixoloji probleminin olduğunu deyib. Onun sözlərinə görə, Didemin Hasana “Sənin arvadın onunla-bununla yatır” deməsi […]

Redaksiyamıza müraciət edən Kürdəmir sakini Mehman Şilyanlı rayondakı məmur özbaşınalığından və biganəliyindən giley edir. Narazı vətəndaş DİA.AZ-a yazır: “Kürdəmir rayonu Şilyan kəndində həyat üçün vacib olan infrasturuktur neçə illərdi ki, tamam sıradan çıxıb və bu kənddə yaşayış mümkünsüzdür. Kənddə yaşayan insanlar qış aylarında xəstələndikdə belə kəndə təcili yardım gəlmir, xəstələndikdə […]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Astv.news-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, […]

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir gətirilib. Astv.news “Report”a istinadən xəbər verir ki, nazirin yeni müşaviri Mustafa Abbasbəyli yanvarın 21-dən öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov faktı təsdiqləyib. Xatırladaq ki, 1980-ci il təvəllüdlü Mustafa Abbasbəyli […]

Doğum evlərində (şöbələrində) “Körpə dostu” xəstəxana standartlarının tətbiqi ilə bağlı UNİCEF ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq nəzərdə tutulur. Astv.news-ın məlumatına görə, bunu Trend-ə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib. Onun sözlərinə görə, “Körpə dostu” xəstəxana standartlarının ən əsas xüsusiyyətlərindən biri yeni ana olmuş qadınlara düzgün məsləhətlərin verilməsidir. Bu məsləhətlərdən biri […]

“Hepatit C”nin getdikcə daha da artması bizi ciddi narahat etməklə bərabər, bu istiqamətdə əhalinin maarifləndirilməsindən tutmuş profilaktik tədbirlərin gücləndirilməsinə və insanların müalicəsi istiqamətində dövlət dəstəyinin genişləndirilməsinə ciddi ehtiyac var. Astv.news xəbər verir ki, bunu ixtisasca həkim olan millət vəkili Qənirə Paşayeva deyib. O, bu məsələ ilə bağlı üzvü olduğu parlamentin Səhiyyə komitəsinin iclasında […]

20 yanvar şəhidlərinin 29 –cu il dönümü münasibətiylə Hacı Əbdül Əbdülovun rəbbərlik etdiyi Vətən Naminə Xalq İctimai Birliyi şəhidlərin anım gününü qeyd etdi. Tədbirdə İlk əvvəl ruhlarına dualar oxunaraq şəhidlər yad edildi. Millitv.az Tədbiri giriş sözü ilə açan Birliyin sədri Hacı Əbdül Əbdülov 1990 –cı il yanvarın 19 – dan 20 […]

Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Musiqi kimi, rəsm də duyğuların cilalanmış həm portreti, həm də mənzərəsidir… Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet […]

Soyuq qış günlərində hərdən qızdırmamız qalxanda, ya da qrip olanda üsyan etməyə başlayırıq. Xəstəliyin bizdə qoyduğu izlər, həyatımızı bir neçə günlük də olsa, çətinləşdirməsi… Bütün bunların əsəbi, gərginliyi bir neçə gün davam edir. Amma dünyada elə qəribə, hətta dözülməz xəstəliklə yaşayanlar var ki… Astv.news musavat.com-a istinadən dünyanın ən qəribə xəstəlikləri ilə […]

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi çərçivəsində birgə kriptovalyutanın yaradılması planlarını elan ediblər. Astv.news AZƏRTAC – a istinadən xəbər verir ki, bu təşəbbüs haqqında Əmirliklər-Səudiyyə Əlaqələndirmə Şurasının İcraiyyə Komitəsinin BƏƏ-nin Nazirlər Kabinetinin işləri və gələcək naziri Məhəmməd bin Abdullah Əl Qarqavinin və Səudiyyə Ərəbistanının […]

“Ermənipərəst xarici dairələr qorxmağa başlayıblar ki, Azərbaycan Rusiya ilə yaxınlaşır və bundan istifadə edib Qarabağı işğaldan azad edə bilər” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Milli Şuranın son mitinqi ilə bağlı partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. BAXCP sədrinin müsahibəsini təqdim edirik: – Qüdrət bəy, Milli […]

İlk öncə, öz adımdan, daha sonra Rusiya parlamentinin Azərbaycan parlamenti ilə Dostluq qrupu adından 1990-cı ilin 20 yanvar tarixində baş verən, 100-dən çox insanın ölümünə səbəb olan dəhşətli faciə ilə əlaqədər Azərbaycan xalqına başsağlığı verirəm.  Astv.news xəbər verir ki, bunu report-a acıqlamasında Rusiya Dövlət Dumasının deputatı Dmitriy Savelyev deyib. Deputat 20 Yanvar faciəsinə bu […]

29 il öncə, 1990-cı il 19 yanvar. Qorbaçovun sovet ordusunu Bakıya göndərməyinə bir gün qalıb. Hərçənd buna qədər Bakıda “qətliam ssenarisi” hazır idi. Astv.news publika.az-a istinadən xəbər verir ki, həmin tarixdən 3 gün öncə, yanvarın 17-də şimaldan hərbi eşelonun daxil olmaq cəhdi də bunu təsdiqləyir. O vaxt şimal bölgəsində yerli […]

Bir bloqer haqqında məsələni şişirdərək Azərbaycana qarşı istifadə edirlər. Astv.news Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bloqer Mehman Hüseynovla bağlı süni yaradılan məsələdən danışarkən deyib. M.Qurbanlı Avropa Parlamentinin qəbul etdiyi son qətnamə ilə bağlı isə qeyd edib: […]

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyat vasitələri və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb. Astv.news Trend-ə istinadən bildirir ki, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar siqnal verib. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan […]

Bu xəbərimiz Qazaxda yaşayan bir müəllim ailəsindən bəhs edir. Bu ailənin üzvləri öz təşəbbüsləri və daxili imkanları hesabına Azərbaycan həqiqətləri ilə bağlı videolar hazırlayıb sosial şəbəkələrdə yayırlar. Maraqlıdır ki, onlar bu rolikləri Fransız dilində hazırlayırlar və bu işə tələbələrini də cəlb edirlər. Qazaxın Kosalar kəndində yaşayan müəllim ailəsi 20 yanvar […]

“Azərbaycan xalqının qarşısında mühüm vəzifələr durur və ən vacib məsələ Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaqdır. İkinci məsələ xalqın rifahını daha da yüksəltmək, Azərbaycanın inkişaf etmiş ölkələr arasında yerini möhkəmləndirmək, daha güclü Azərbaycan quruculuğuna nail olmaqdır”. Astv.news-in xəbərinə görə, bunu Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz […]

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü yad edilib və şagirdələrə Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı geniş məlumat verilərək, bu hadisələrin Azərbaycan xalqının müstəqillik uğrunda əzminin […]

Yevlax-Goranboy istiqamətindən keçən avtomagistralda qatı duman müşahidə olunur. “Report”un Şirvan bürosu xəbər verir ki, duman Bakı-Qazax magistralının Yevlax-Goran istiqamətində nəqliyyatın normal hərəkəti üçün ciddi çətinlik yaradıb. Həmin istiqamətdə görmə məsafəsi aşağı düşdüyü üçün avtomobillərin bir çoxu yol kənarında gözləməyə, digərləri isə minimal sürətlə hərəkət etməyə üstünlük verir. 20.01.201910:1262

20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar bu gün səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi polis polkovniki Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, Mikayıl Müşfiq küçəsi […]

20 Yanvar hadisələri, əslində, Azərbaycan xalqının erməni təcavüzünə etirazından başlayıb müstəqilliyimizin tanınmasına gedən şərəfli yoldakı qan yaddaşımızdan biridir. 20 Yanvar torpaqlarımızın işğalına, böyük bir imperiyanın daxilində azərbaycanlıları əzmək məqsədinə qarşı etirazların silahla susdurulması idi, başqa sözlə, nəticə idi və səbəblər hələ çox əvvəl başlamışdı. 1990, 2 yanvar Dağlıq Qarabağ ərazisində […]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Astv.news xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib. övlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların […]

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva ilə görüşü olub. Astv.news xəbər verir ki, dövlətimizin başçısı Zimbabve Prezidentini qarşılayıb Sonra birgə foto çəkdirilib.

Sevdiyi əmisi arvadını qətlə yetirən Pirallahı rayon sakini Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunan Hüseynov Rəsul Əlövsət oğlunun məhkəmə prosesinin hazırlıq iclası 21 yanvar tarixində Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək. Xatırladaq ki, 16 yanvar 2018-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham […]

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib. Astv.news xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və […]

Xidməti avtomobillərin sayı azaldılacaq – kimlər maşınsız qalacaq? Prezidentin struktur dəyişiklikləri ilə bağlı son fərmanında cəmiyyətin böyük razılıqla qarşıladığı bir məqam diqqəti cəlb edir. Belə ki, fərmanla Nazirlər Kabinetinə üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə […]

Qax rayonunda Heydər Əliyev prospekti ilə Natavan küçəsinin kəsişməsində zibil əlindən tərpənmək mümkün deyil Bunu Qlobal.az-ın elektron poçtuna ünvanladıqları şikayət məktubunda sakinlər yazır. Sakinlərin bildirdiyinə görə qeyd olunan ərazidə zibil qutusunun bir dənə olmasına görə məişət tullantıları ətraf ərazilərə səpələnir. Sakinlər yazır: “Şəhərin gözəlliyinə xələl gətirən acınacaqlı durum barədə dəfələrlə […]

Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək. Bu barədə Astv.news-ə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. Bildiriliк ki, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri – iş günü olacaq. Yanvarın 21-dən isə […]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Astv.news xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Füzuli rayonunun […]

2018-ci ildə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində xidmətlərin və iş mexanizmlərinin şəffaflaşdırılması və optimal əsaslarla təşkili, keyfiyyətinin artırılması istiqamətində mühüm islahatlar aparılıb. Bu islahatlar cari ildə də davam etdiriləcək. Astv.news-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və […]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində, Vergilər Nazirli ilə Baş Prokurorluq tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir. […]

“Quş qripi” xəstəliyinə görə yanvarın 14-dən başlayan növbəti monitorinq başa çatıb. Astv.news xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend-ə verilən məlumata görə, monitorinq ölkə ərazisində Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb. Keçirilən tədbir köçəri quşların payız […]

“Ümumdünya Səhiyyə Təşkilatının bu yaxınlarda açıqladığı hesabata görə, İİV virusu və hepatit C-nin yayılmasında stomatoloji xidmətlər birinci yerdə dayanır”. Astv.news Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı komitənin bu gün keçirilən iclasında çıxş edərkən deyib. Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanda, eləcə də dünyanın bir çox […]

“Avropa Parlamentinin (AP) “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnaməsi ümumən ölkəmizə ünvanlanmış qərəzin növbəti nümunəsidir. Qətnamə açıq demarş tonludur, ondan hegemonluq duyulur. Belə hal yolverilməzdir”. Astv.news xəbər verir ki, bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib. Ə.Amaşov bildirib ki, ümumən hansısa sənədə münasibət bildirərkən ona kompleks yanaşmaq lazımdır: […]

Bakıda tanınmış müğənni, “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadə həbs edilib.  Astv.news oxu.az-a istinadən xəbər verir ki, T.Vəlizadə dörd nəfərə qarşı dələduzluqda ittiham edilir. Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyinə söz verib. T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min ABŞ […]

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Belə ki, yanvarın 15-də Bakı-Qazax yolunun 36-cı kilometrliyində Sahil qəsəbəsi ərazisindəki YPX postunda Bakı şəhər sakini olan T.Kərimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. DİN-in mətbuat xidmətindən Astv.news-ə verilən məlumata görə, […]

Bakıda bıçaqlanma hadisəsi baş verib.Astv.news xəbər verir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsi 152 ünvanında yerləşən “Təbrik” şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü Seyidzadə Elşən Coşqun oğlu müştəri, 1981-ci ildə anadan olmuş Muradov Rəcəb Baba oğlunu bıçaqlayıb. R.Muradov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin orta-ağöır olduğu bildirilir. […]

Prezident İlham Əliyevin məmurlardan əsas tələblərinin başında gələni onların xalqla təmaslarının intensiv təşkilidir, desək, yanılmarıq. Bunu elə ayrı-ayrı nazirlərin, komitə sədrlərinin, deputatların təşkil etdiyi vətəndaş qəbullarının populyarlılığından, habelə bir siyasətə çevrilməsindən də aydın şəkildə görmək olar. Amma maləsəf ki, əksər icra başçıları üçün qeyd etdiyimiz tələbin zərrə qədərində əhəmiyyəti də […]

Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi nəzərdə tutulur. Astv.news xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, artıq Səhiyyə Nazirliyi […]

20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlamanet prospetki ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaqdır. Astv.news xəbər verir ki, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi polis polkovniki Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, […]

Qış imtahan sesiyasının başlaması ilə orta ixtisas və ali məktəblərdən daxil olan şikayətlərin intensivliyi də artmaqdadır. Rüşvətin tüğyan etdiyi və tələbələrin daha çox narazılıq etdiyi belə müəssisələrdən biri də Sumqayıt Dövlət Texniki Kollecidir. Şikayətlərin mahiyyətinə və konkret ittihamlara keçməzdən öncə isə bu yəhsil ocağı ilə bağlı bəzi zəruri informasiyaları diqqətinizə […]

Azərbaycanda ləğv edilən dövlət qurumlarının işçiləri digər nazirliklərdə, agentlik və komitələrdə işlə təmin ediləcəklər. Astv.news xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda əksini tapıb. Fərmanda qeyd olunub ki, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial […]

Təhsil Nazirliyi hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17 və 18-də təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasının şagirdlərin qış tətilinin müddətinə təsir edib-etməyəcəyini açıqlayıb. Astv.news xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özəl olaraq Trend-ə bildirib ki, yanvarın 17-18-də məktəblərdə tədrisin dayandırılması şagirdlərin yanvarın sonunda olacaq qış tətilinin […]

Bakı Baş Gömrük İdarəsində sahibkarlar üçün süni maneələr yaradılır. Bu barədə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sahibkar Adil Haqverdiyev məlumat verib. Azərbaycanlı sahibkarın sözlərinə görə, 2015-ci ildə Türkiyədə qurduqları şirkət vasitəsilə dünyanın 4 ölkəsinə mebel ixrac edirlər:  “Son zamanlar Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində sahibkarlığın inkişafına göstərilən dəstəyi, xüsusən də cənab prezidentin […]

Yanvarın 17-də Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergiödəyiciləri ilə görüş keçirilib. Astv.news nazirliyə istinadən xəbər verir ki, görüşdə bu il yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər, vergi uçotunun şəffaflaşdırılması, “kölgə iqtisadiyyatı”nın minimuma endirilməsi, əmək münasibətlərinin leqallaşmasına dair qanunvericiliyin tələbləri ilə bağlı vergiödəyiciləri məlumatlandırılıb və bu məsələlərlə bağlı fikir mübadiləsi […]

Sosial

İdman

Video