Ukraynada hərbi xidmətdə qadınların kişilərlə bərabər hüquqları haqqında qanun qüvvəyə minib. Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu haqda “112 Ukrayna” telekanalı məlumat yayıb. Dəyişikliyə əsasən “Hərbi xidmət haqqında” qanuna qadınların kişilərlə bərabər səviyyədə hərbi vəzifələrin icra etməsi barədə norma daxil edilib. Qeyd edək ki, bu yaxınlarda Ukrayna tarixində ikinci dəfə qadın […]

Son günlər ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədlinin sosial şəbəkədə paylaşılan süfrə ətrafındakı fotosu geniş müzakirələrə səbəb olub. Milli.Az teleqraf.com-a istinadən bildirir ki, sosial şəbəkə istifadəçiləri süfrədəki meyvə şirəsini hansısa səbəbdən spirtli içki kimi təqdim ediblər və Hacı Surxay […]

ABŞ prezidenti Donald Tramp şənbə günü səhər naməlum şəxsin əvvəlcə sinaqoq ziyarətçilərinə, sonra isə hadisə yerinə gələn polislərə atəş açması ilə bağlı vəziyyəti izləyir. Milli.Az “Report”a istinadən bildirir ki, dövlət başçısı bu barədə öz “Twitter” səhifəsində yazıb. “Pensilvaniya ştatı, Pittsburq şəhərində baş verən hadisələri izləyirəm. Asayiş keşikçiləri hadisə yerindədirlər. “Squirrel Hill” […]

İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin Suriyadakı münaqişə ilə bağlı keçirilən sammit başa çatıb. Milli.Az bildirir ki, görüş bir saat davam edib. ——– 18:34 Bu gün İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya prezidentlərinin iştirakı ilə dördtərəfli Suriya zirvəsi başlayıb. Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib […]

Con Boltonun bəyanatları Paşinyana çağırış idi. Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində erməniyönlü rusiyalı politoloq, 1-ci dərəcəli dövlət müşaviri Modest Kolerov deyib. “ABŞ Paşinyana siyasi yardım edib, indi də Paşinyandan bunun qarşılığını praktiki addımlarla ödəməsini istəyir. Məsələn, bu, Qarabağ konfliktinin həlli prosesində dinamikliklə ola bilər. Paşinyan hazırda […]

Rusiyanın Sankt-Peterburq şəhərinin Nevsk rayonunun polisi azərbaycanlı iş adamına qarşı hücumu araşdırır. Hücumda iş adamının həmyerliləri olan 2 qardaş şübhəli bilinir.  Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı regionun daxili işlər orqanlarından məlumat verilib. Hadisə oktyabrın 25-də Narodnoy küçəsində baş verib. Zərərçəkmişin sözlərinə görə, ona iki gənc oğlan yaxınlaşıb. […]

Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ABŞ-ın dəstəyi ilə İranla müharibəyə başlaya bilər. Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə türkiyəli ekspert Yasin Atlıoğlu çıxış edib. O, bildirib ki, Qaşıqçı olayı Məhəmməd bin Salmanın islahatçı imicinə böyük zərbə vurub: Vəliəhd korlanan imicini bərpa etmək naminə Avropa ölkələri və ABŞ üçün xəzinə torbasını […]

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Yerevana səfəri zamanı dediklərinə kobud reaksiya verib. Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, Paşinyan Boltonu onun adından danışmamağa çağırıb. Con Bolton bildirmişdi ki, Paşinyanın növbədənkənar seçkilərdə qalib gəlməsi Qarabağ münaqişəsinin nizamlanması baxımından qəti addımların atılması üçün […]

Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentinin rəhbərinin müavini Andrey Belousov ölkəsinin ABŞ-la müharibəyə hazırlaşdığını bildirib. Milli.Az modern.az-a istinadən xəbər verir ki, o, BMT Baş Assambleyasının komitəsində çıxışı zamanı belə bəyanat səsləndirib. Diplomat qeyd edib ki, Rusiya ABŞ-a qarşı “müdafiə xarakterli müharibəyə hazırlaşır”. […]

Paytaxtda aksiz markası olmayan 700 qutudan çox tütün məmulatı aşkarlanıb. Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin (BBGİ) Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə “Chevrolet Aveo” markalı avtomobildə aksiz markası olmayan siqaretlərin daşınmasına dair məlumat daxil olub. Məlumat əsasında BBGİ-nin əməkdaşları Bakı şəhəri “Nizami” metro stansiyası yaxınlığında […]

5 nəfər tutulub Quba rayonunun Tülər kəndində əmizadəsinin arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovun qətlinə görə həbslər başlayıb. İstiPress-in şimal bürosunun məlumatına görə, həbs edilərək təcridxanaya göndərilən şəxslər arasında həyat yoldaşının əmisi oğlu ilə qaçan 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri də var: 1. Şahmar Əsədov (Əri) […]

Gürcüstanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə tövhəsi Sabah Gürcüstanda prezident seçkisi keçiriləcək və növbəti 6 ildə bu postda əyləşəcək siyasətçi müəyyənləşəcək. Yeni dövlət başçısının Azərbaycanla münasibətləri necə inkişaf etdirəcəyi və regiondakı mövcud münaqişələrin həlli prosesinə verəcəyi töhfə böyük maraq doğurur. İstiPress-in məlumatına görə, Gürcüstan İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi […]

Hikmət Hacıyev ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik “Con Batçelor Şou” radioproqramına müsahibə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir sıra sahələrdə ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açır. İstiPress-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev ABŞ-ın […]

Tural adlı gəncdən 4 gündür ki, xəbər alınmır Bakıda yeniyetmə oğlan itkin düşüb. IstiPress-in məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib. Rayonun M.Hadi küçəsi, ev 9, mənzil 122-də yaşayan 2002-ci il təvəllüdlü Kərimov Tural Kamran oğlu oktyabrın 23-də səhər saat 9 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. […]

İnkişaf etmiş ölkələr liderliyi qoruyacaq 2040-cı ildə insanların daha uzun ömür sürdüyü ölkələri sırasında birinci yer İspaniyaya məxsus olacaq. İstiPress Vaşinqton Universiteti nəzdindəki Səhhətin Ölçülməsi və Qiymətləndirilməsi İnstitutunun (İHME) son məruzəsinə idtinadən bildirir ki, bu ölkədə 2040-cı ilədək orta ömür uzunluğu 85,8 yaşa çatacaq. Həmin il hazırda reytinqdə birinci olan Yaponiya 85,7 yaş həddi ilə ikinci […]

Qeydə alınan cinayətlərin 18-si “isti izlər”lə açılıb Oktyabrın 26-dan 27-dək respublikanın daxili işlər orqanları tərəfindən 111 cinayət faktı qeydə alınıb. İstiPress-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qeydə alınan cinayətlərin 18-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o […]

Hədə-qorxu gələn şəxslər artıq tutulublar Bakıda yeniyetməyə hədə-qorxu gəlib 45 min dollar alan şəxslər tutulublar. IstiPress-ə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27 000 ABŞ dolları, oktyabrın 5-də isə […]

“Realliq.info” və s saytlar yaradan şəxs sahibkarlardan da haqq toplayıbmış Azərbayacanda sayt rəhbəri saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən İstiPress-ə verilən məlumata görə, Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və […]

Onun bir neçə gün öncə öldüyü ehtimal edilir Qusarda evdən meyit tapılıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, rayonun Qayakənd kəndinin sakini olan 54 yaşlı Bəhram Mahmudovun meyiti özünün yaşadığı evdə aşkar edilib. Araşdırmalar nəticəsində üç uşaq atası olan şəxsin tüfeyli həyat sürdüyü və tənha yaşadığı bəlli olub. Ehtimala görə, B.Mahmudov bir neçə gün əvvəl […]

Soyğunçu qadın səs-küy saldığı üçün istəyinə nail ola bilmədən qaçıb Bakıda maskalı şəxs marketə basqın edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 25-də saat 22 radələrində nazirliyin “102 – Zəng Mərkəzi”nə Suraxanı rayonu ərazisindəki marketlərin birindən soyğunçuluq edilməsi barədə müraciət daxil olub. Bildirilib ki, Suraxanı Rayon Polis […]

Kəndlərdə olmasa da, dağlarda qar müşhidə edilir Bu gecə respublikamızın şimal-qərb bölgəsinin yüksək dağlıq ərazilərinə ilk qar yağıb. Gecə saatlarında yağan yağış Qax rayonunun İlisu və Sarıbaş kəndlərinin dağlarında tədricən qara çevrilib. Hazırda kəndlərin özündə qar olmasa da, dağlarda az da olsa müşahidə edilir. Havanın hərarəti əvvəlki günlərlə müqayisədə xeyli […]

Yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələrin “ASAN ödəniş” sisteminə inteqrasiyası bitdi Bakı şəhəri ərazisində yol hərəkəti əleyhinə törədilən qayda pozuntusuna görə tətbiq edilən inzibati cərimələrin ödənişlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən […]

İki nəfərdən hələ də xəbər yoxdur Rusiyanın Krasnodar vilayətində selin vurduğu ziyan artmaqda davam edir. Ən son məlumata görə, sel və daşqınlar nəticəsində 60 nəfər yaralanıb. Altı nəfərin isə öldüyü bildirilir. Daha iki nəfər isə itkin düşmüş hesab edilir. Son bir neçə gündə intensiv yağan yağışlar Tuaps, Apşeron rayonları, eləcə […]

Sürüşmə zonasında avtomobil yoluna doğru artım qeydə alınıb Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən xəbərə görə, sürüşmə zonasında monitorinqlər davam etdirilir. “Sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin […]

Eldəniz Əzizli rəqibini 10:0 hesabı ilə məğlub edib Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb. Finalda o, qırğızıstanlı idmançı Jolaman Şarşenbekova 10:0 hesabı ilə qalib gəlib. Qələbə üçün Eldənizə 1 dəqiqədən də az vaxt tələb olunub. Bu, Azərbaycanın hazırkı dünya çempionatında ilk qızıl […]

Qusarın bəzi kəndlərində qarın hündürlüyü 20 sm-ə çatıb Bu gecə Azərbayacana yenidən qar yağıb. İstiPress-in bölgə müxbirinin verdiyi məlumata görə, intensiv qar yağışı ölkənin şimal bölgəsində müşahidə edilib. Ötən gün axşamdan başlayan yağıntı gecəyə kimi davam edib. Quba ərazi hidrometrologiya müəssisəsindən verilən məlumata görə, bu gecə ən çox qar Qusarın […]

Yeraltı təkanlar gecə saat 02 radələrində qeydə alınıb Azərbaycanın Qəbələ rayonu ərazisində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən İstiPress-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla 01:57-də Xınalıq stansiyansından 18 km cənub-qərbdə qeydə alınıb. Yeraltı təkan 3 maqnituda gücündə olub. Zəlzələ hiss olunmayıb. Xatırladaq ki, bu adıçəkilən rayonda son üç gündə baş verən […]

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texnologiya parklarının fəaliyyətinin genişləndirilməsi və yüksək texnologiyalar sahəsində yeni istehsalat müəssisələrinin yaradılması üzrə işlər aparır. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu innovativ inkişaf layihəsinin təqdimat mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib. Nazir bildirib ki, innovativ fəaliyyətin həvəsləndirilməsi üçün “Yüksək Texnologiyalar Parkı” MMC yanında biznes […]

İsrail vətəndaşı Azərbaycana turist səfərindən razı qalmayıb. Milli.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib. Əcnəbi turist özü bu barədə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə şikayət edib. 1953-cü il təvəllüdlü Kalef Daniel Süleyman asayiş keşikçilərinə bildirib ki, oktyabrın 24-ü saat 15:00 radələrində Qobustana gedərək […]

Bakıda kişi küçədə qeyri-qanuni yaşadığı qadını qətlə yetirib. Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu və 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Rafiq qızı çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. […]

Bir müddət əvvəl Səhiyyə naziri Oqtay Şirəliyev “2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması tapşırılıb. Qripə yoluxması ehtimal olunan […]

Oktyabrın 22-də Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki yerləşən ərzaq mağazalarının birində aşağı keyfiyyətli un məmulatlarını “əla növ” adı ilə yenidən qablaşdırıb satmaqla istehlakçıların hüquqlarını pozmaqda şübhəli bilinən şəhər sakini Radik Məhsimov saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonundakı Regional qrupundan “Ölkə.Az”a verilən məlumata görə, […]

Bakıda kafedə kişi döyülərək öldürülüb. “Ölkə.Az” Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsindəki “Ordubad” kafesində baş verib. Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu həmin kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb. E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına […]

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 748,7 mln. manat təşkil edib. “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,3% azdır. İlin əvvəlinə nisbətən problemli kreditlər 7,5% artıb, ötən il oktyabrın 1-nə nisbətən isə 5,8% azalıb. Sentyabrın sonuna problemli kreditlərin ümumi […]

Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədov “Bakı Gəmiqayırma Zavodu”ndan yayılan qalmaqallı fotoda oğlunun adının hallandırılmasına münasibət bildirib. O, BakuPost-a açıqlamasında deyib ki, fotonun yayılmasında oğlu Hikmət Məmmədovun heç bir günahı yoxdur: “Hikmət Dənizçilik Akademiyasını bitirib, ağıllı, savadlı oğlandır. 28 yaşı var. “Bakı Gəmiqayırma Zavodu”nda işləyirdi. O, hərfin düşdüyünü görüb, […]

Rusiya Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “Lavrov planı”nı işə salmağı planlaşdırır. Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Naira Ayrumyan deyib. Ayrumyan qeyd edir ki, Rusiya, Türkiyə və Azərbaycanın münaqişənin həlli ilə bağlı Ermənistana yeni təklif verəcəyi haqqında məlumatlar var: “Hətta fikir var ki, Ermənistanda […]

“Ermənistan bölgədə sabitsizlik mənbəyi olaraq qalır”. Bunu “Report”a rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib. O, həmin ölkədə “indi də seçki vasitəsilə dövlət çevrilişini legitimləşdirmək, parlamentə Nikol Paşinyanın tərəfdarlarını seçdirmək yolu ilə onun şəxsi hakimiyyətini möhkəmləndirmək” siyasəti yürüdüldüyünü vurğulayıb. Ekspertin fikrincə, N.Paşinyana hakimiyyətin ötürülməsi ölkəni uzunmüddətli sabitsizlik girdabına sürükləyir: “Belə ki, […]

2012-ci ildən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışan Elmira Əliyeva bu ilin sentyabrın 4-də tutduğu vəzifədən azad olundu. Onun yerinə təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışan Nelli Veyisova gətirildi. Səhiyyə sektorundakı bu ciddi kadr dəyişikliyini əksəriyyət müsbət qəbul edir və gələcək üçün uğurlu bir […]

Türkiyənin təhlükəsizlik orqanları 24 oktyabr 2015 – 23 oktyabr 2018-ci il tarixləri arasında 14 min 694 terrorçunu məhv edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar danışıb. “Girilməyən mağara, qalxılmayan dağ-təpə qalmadı. Hər daşın altına baxıldı, baxılmağa da davam edilir. Bu formada mübarizəmizi davam etdirib, inşallah, […]

Maşınları ağacların altında saxlamamaq tapşırılıb Havanın kəskin dəyişəcəyi ilə bağlı bütün rayon İcra hakimiyyətləri məlumatlandırılıb. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bununla əlaqədar təsərrüfat xidmətləri xüsusi rejimdə işləyəcək: “Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçir. Yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişilə hazırlıq görülür”. […]

İlk belə yarmarka sabah saat 10.00-da Yasamal rayonunda olacaq “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC regionlarda fəaliyyət göstərən istehsalçıların iqtisadi müdafiəsini təmin etmək üçün paytaxt rayonlarında kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının yaradılmasına başlayıb. İlk belə yarmarka sabah saat 10.00-da Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində (Hüseyn Cavid prospekti ilə kəsişmə, “Space” telekanalının […]

İrandiyalı dünya şöhrətli müğənni dinini dəyişib. İstiPress-in məlumatına görə, Şineyd О’Konnorötən il adını Maqda Davit kimi dəyişmişdi. Bu il isə o İslamı qəbul etdiyini açıqlayıb. İndi o özünü Şuhada adlandırıb.  İslamı qəbul etməsi haqqında qərarını ifaçı “Twitter” səhifəsində elan edib. O, sosial şəbəkədə hicabla olan fotosunu da yerləşdirib. “Bu istənilən şüurlu teoloqun […]

Trampın müaşviri “böyük Ermənistan” nağılından əl çəkməyə çağırdı Hələlik Nikol Paşinyan Ermənistan cəmiyyəti üçün oynayır. O, Azərbaycan ilə Dağlıq Qarabağla bağlı danışıqları ləngitməyə çalışır. Bu günlərdə o yenidən bildirib ki, separatçı rejimin rəhbərliyi də danışıqlar prosesinə cəlb edilməlidir. Mənz onların danışıqlarda iştirak etməməsi prosesi ləngidir. Bolton İrəvanda Qarabağ şərti qoydu: Azərbaycanla […]

Türkiyədə qarın örtdüyü yollarda duzlama başlayıb Qış artıq öz sərt üzünü göstərməyə başladı. İstiPress-in məlumatına görə, Türkiyədə ötən gündən başlayaraq qar yağır. Artıq ölkənin bəzi əraziləri ağ örpəyə bürünüb. Qarlı hava şəraiti yollarda problemlər yaranmasına səbəb olub. Şərqi Qara dəniz, Qafqaz və İranı birləşdirən Gümüşhane-Trabzon sərhəddindəki Zigana dağında qarın hündürlüyü […]

Astv.News “Ria24.az”-a istinadən xəbər verir ki,daha bir Gəncə ziyalısına etimad göstərildi. Nazim Əhmədova uğurlar arzu edirik. Gəncə Şəhər Səhiyyə İdarəsinə yeni rəis təyin edilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib. O deyib ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad […]