Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb. İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub. Dövlət İmtahan Mərkəzi (DİM) imtahan və tədris prosesində yaranmış fasilə müddətində şagirdlərin […]

Rusiyanın Krasnoyarsk vilayətində sürücü avtomobilin salonunda sərnişinə bıçaqla hücum edib. “Ren TV” xəbər verir ki, şahidlər bu hadisəni lentə alıblar. Məlumata əsasən, cinayətkar hadisə yerindən uzaqlaşıb, bıçaqlanmış şəxs isə maşının ön şüşəsini qıraraq avtomobili tərk edib. O, xəstəxanaya qaldırılıb, onun həyatı təhlükə altında deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq cinayətkarı müəyyənləşdirib və […]

İcbari tibbi sığortanın tətbiqi və icbari tibbi sığorta haqqının toplanılması 2021-ci ildə həyata keçiriləcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Milli Məclisin 30 mart 2020-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanunun 4 maddəsinə dəyişikliklər qəbul edilib. Birinci dəyişikliyə əsasən, icbari tibbi sığorta ölkənin inzibati […]

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramında aprelin 1-nə nəzərdə tutulan teledərslərin cədvəli açıqlanıb. Nazirlikdən verilən məlumata görə, teledərslər saat 10:00-da başlayacaq. Sabaha olan cədvəli təqdim edirik:

Daxili İşlər Nazirliyi xüsusi karantin rejimi ilə bağlı növbəti dəfə əhaliyə xəbərdarlıq edib. Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Bununla əlaqədar, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mart ayının 31-dən etibarən bir sıra […]

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış “Agrodrone” adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb. Trend AMEA-ya istinadən xəbər verir ki, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə […]

31 mart soyqırımının növbəti ildönümüdür. Əlbəttə, indi bütün dünyanın diqqətinin koronavirus pandemiyasına yönəldiyi bir zamanda kimlər üçünsə bu yazı maraqsız ola bilər. Amma, necə deyərlər, tarix təkərrürdən ibarətdir, bu hadisələrin unudulmaması üçün hər dəfə xatırlanması lazımdır. Üstəlik, torpaqlarımızın hələ də erməni işğalı altında qalması bizə 100 il əvvəlki qanlı hadisələri unutmağı […]

Bu gün səhər saatlarında İrandan Türkiyəyə qaz nəql edən kəmərdə güclü partlayış olub. CNN məlumat verir ki, hadisə Türkiyənin İranla sərhədində yerləşən Ağrı vilayətinin ərazisində baş verib. Partlayışdan sonra başlayan yanğın zamanı alov 40 metr hündürlüyə yüksəlib. İlkin məlumata əsasən, partlayış nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda yerləşən ərazilərə təbii qazın […]

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, fəaliyyətini məsafədən təşkil edib. İdarədən Trend-ə verilən məlumata görə, idarə rəhbərliyinin təşəbbüsü ilə müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar təşkil olunur. Videokonfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin […]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xaçmaz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Xaçmaz rayonunun əhalisi 13400 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin […]

Dünya birjasında “Brent” markalı neftin 2020-ci ilin may ayının fyuçerslərinin qiyməti artaraq, bir barel üçün 23,04 dollar təşkil edib. Bu barədə “Bloomberg” xəbər verib. WTI markalı neftin may fyuçerslərinin qiyməti isə bir barel üçün 21,20 dollara bərabərdir.

Şəki şəhərində “Ford” və “KamAZ” markalı iki yük maşını toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan “Ford” markalı maşından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram” səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini paylaşıb. “Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, […]

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 102 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni […]

Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə cəlb ediliblər. Fakti Trend-ə Daxili Qoşunların Mətbuat Xidmətindən təsdiqləyiblər. Qeyd olunur ki, Bakı və Sumqayıtda həyata keçirilən bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma […]

Bu yaxınlarda aşkar edilmiş, rəsmi adı C/2019 Y4 olan Atlas kometi Yerə yaxınlaşır. Parlaqlığına görə, Veneraya bərabər olan göy cismi son bir neçə gün ərzində daha parlaq olub. Bu tendensiya Atlasın Günəşə yaxınlaşması ilə artır. Poisknews.ru saytının məlumatına görə, hazırda kometi ulduzların səkkizinci ölçü (orta ölçülü teleskopla görünən, lakin adi gözlə görünməyən) […]

Qubada oğurluq edən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib. Quba Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən “isti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraçay kəndi ərazisində yerləşən evlərin birindən içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlayan iki […]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Türkəncil kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı məlumat daxil olub. Baş verənlər qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirlikdən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 3 qızılağacın kəsildiyi və təbiətə 6400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Lənkəran rayonu, Türkəncil kənd […]

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, Xəzər dənizinin Azərbaycana aid sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd əlverişli əməliyyat rejiminin saxlanılmasını təmin və neft-qaz hasilatı rayonlarının, həmçinin, sualtı boru kəmərlərinin keçdiyi ərazilərin […]

“SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir. Bunu Report-a QSC-nin Mətbuat katibi Üzeyir Həbibbəyli bildirib. O qeyd edib ki, hər bir istehlakçı əvvəlki qaydada istədiyi miqdarda yanacaq əldə edə bilər: “Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərarlara əməl edirik və hazırda heç […]

“West Texas Intermediate” (WTI) markalı neftin may fyuçerslərinin qiyməti üç faiz ucuzlaşıb. Bu barədə Rbc.ru London ICE birjasına istinadən xəbər yayıb. Martın 30-u Moskva vaxtı ilə 03:31-də (Bakı vaxtı ilə 04:31 – red.) WTI markalı neftin bir bareli 20,8 dollara satılıb. London birjasında nefin minimum qiyməti 20,06 dollar olub (Bakı vaxtı ilə 5:10). […]

Alov Qüllələrində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” Fikri, “Azərbaycan həkimlərinə eşq olsun!” və “Evdə qal Azərbaycan!” sloqanları əks olunub. Prezident bu gün “Yeni klinika”nın açılışındakı çıxışında həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçiriləcəyini və ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə münasibətin əks olunacağını bildirmişdi.

“Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikasının Hökuməti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə atdığı addımlara dəstək olaraq sosial aksiyaya start verir. Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 29-dan etibarən #evdəqal çağırışlarına uyğun olaraq evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə “Azəriqaz” İstehsalat Birliyi […]

Bəzi şəxslər özlərini Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək paytaxtda pullu dezinfeksiya işləri təklif edirlər. Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib. Məlumatda qeyd edilir ki, son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti […]

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücü və avtomobil sahiblərinə müraciət edib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, artıq küçə və prospektlərdə quraşdırılan kameralar işə salınıb: “Bu gündən reydlərə başlamışıq. Paytaxt küçələrində səbəbsiz olaraq şəxsi avtomobillərindən istifadə edən şəxslər saxlanılaraq nəqliyyat vasitələrinin […]

Xəbər verdiyimiz kimi, martın 26-da Bakıda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində öldürülməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata […]

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Savalanov Nicat Vilayət oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına […]

Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib. Trend-in məlumatına görə, müraciətdə deyilir: “Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr […]

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub. Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni […]

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması, eləcə də infeksiya səbəbindən ev şəraitində qalmağa üstünlük verən vətəndaşlar qida və ərzaq məhsullarına olan tələbatlarını evdən çıxmadan onlayn sifariş verə bilərlər. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə onlayn supermarket (“BakuMart […]

Milli Məclisin deputatlarının koronavirusa görə tibbi müayinədən keçməsinin nəticələri açıqanıb. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, tibbi müayinə nəticəsində deputatların heç birində koronavirus aşkarlanmayıb. Deputatlar Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasından öncə koronavirusa görə müayinədən keçib. Qeyd edək ki, Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronavirus […]

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncam ilə hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı münasibətilə DTX-nin rəisi, […]

SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Qaz emalı zavodu tərəfindən “Qaz emalı zavodunun istehsalat sahələrində istismar olunan istilik avadanlıqlarına texniki xidmət və təmir işləri”nin satın alınması üzrə müsabiqə elan edir. Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank […]

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) olub. Qurumun məsul şəxsləri koronavirus pandemiyasının əməkdaşlara yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə aparılan profilaktik tədbirlərlə yerində tanış olublar. Bu barədə SOCAR-dan bildirilib. Şirkətin rəhbəri ölkəmizin həyat təminatlı obyektlərindən biri olan […]

Xaçmaz rayonunda avtomobil yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi xəbər yayıb. Bildirilib ki, hadisə Niyazoba kəndində qeydə alınıb. Hadisə zamanı “VAZ” markalı minik maşınının salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Çinin “Hurun” tədqiqat institutunun mütəxəssisləri sərvətini müstəqil şəkildə əldə etmiş yaşı 40-dan az olan gənc milyarderlərin daxil olduğu “Hurun Global 40 and Under Self-Made Billionaires 2020” reytinqini tərtib ediblər. Ümumilikdə reytinqdə dünyanın müxtəlif ölkələrindən 53 gənc milyarderin adı çəkilir. Beləliklə, yaşı 40-dan az olan ən gənc 12 milyarderi təqdim edirik: […]

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb. Trend xəbər verir ki, fərmana əsasən, “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na əlavələr edilib. […]

Bərdə sakini şəhid anası Elza Kamal qızı Xəlilova ölkədə ilk olaraq özünün Prezident təqaüdünün bir aylıq məbləğini (300 manat) ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb. Qeyd edək ki, 1993-cü ilin iyul ayında Ağdam ətrafında gedən döyüşlərdə Elza Xəlilovanın həm həyat yoldaşı Vaqif Xəllov, həmdə […]

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş şəxslər – B.Ağayev və S.Səfərov 1,5 kiloqram tiryəki, 890 qram həşişi və 700 qrama yaxın heroini satarkən saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən […]

Gömrükçülərin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkəyə qanunsuz yollarla gətirilən, təxmini dəyəri 6 milyon manat olan tütün məmulatlarının realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, qurumun Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan vətəndaşı Tahirov İlkin Əlifağa […]

Tarixin müxtəlif dövrlərinə nəzər saldıqda xalqların və dövlətlərin taleyini, dünya siyasi arenasında yerini və rolunu müəyyən edən strateji amillər sırasında lider faktorunun həlledici olduğunu görürük. Liderlik ayrıca siyasi fenomendir. Güclü, qətiyyətli, öz fəaliyyətində xalqının mənafeyini və dövlətinin maraqlarını əsas götürən lider milli tərəqqi və həmrəyliyin qarantı qismində çıxış edir. Bu […]

Bərdədə Koronavirus (COVID – 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Xidmətin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Bərdədə dezinfeksiya tədbirlərinin həyata keçirilməsini gücləndirib. Şəhərin prospekt və küçələri mütəmadi olaraq xüsusi maddələrlə yuyulur. Həmçinin […]

Dünya Bankının (DB) İcraçı Direktorlar Şurası bu gün “Məhkəmə Xidmətləri və Ağıllı İnfrastruktur Layihəsi” üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından Azərbaycana 50 milyon ABŞ dolları məbləğində kredit ayrıldığını təsdiqləyib. Bu barədə Devdiscourse.com məlumat yayıb. Kredit dörd ili güzəştli olmaqla, 11,5 il müddətinə verilib. Layihənin icrası dörd il müddətinə nəzərdə tutulub və ümumi […]

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev yeni OPEC+ sazişinin bağlanması ehtimalı haqqında danışıb. “Reuters”ə açıqlama verən Dmitriyev digər ölkələrin də qoşulacağı təqdirdə, neft bazarını tarazlaşdırmaq və koronavirusun iqtisadiyyata təsirini azaltmaq məqsədilə sazişin mümkün olduğunu bildirib. O, qlobal iqtisadiyyata nəzarət etmək üçün ölkələrin birlikdə hərəkət etmələrinə ehtiyac olduğunu qeyd edib: “Birgə […]