Ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Unikal.org-a verilən məlumata görə, mart ayının 26-da Quba Rayon Polis Şöbəsinə rayonun Rustov kəndi yaxınlığında yerləşən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının […]

Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olub, müayinə […]

Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir. Nazirlikdən Trend-ə bildirilib ki, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və […]

ABŞ-ın Missisoqe şəhərində (Ontario ştatı) lentə alınan kadrlar bir çox insanı dəhşətli dərəcədə qorxudub. “New York Post” xəbər verir ki, kadrlarda yerli çayda qırmızı suların axmasını görmək olar. Bu mənzərə ilə qarşılaşan insanlar dünyanın sonunun yaxın olduğunu düşünüblər. Lakin bir müddət sonra bu hadisənin fövqəltəbii bir şey olmadığı müəyyən edilib. […]

“Ayaks”ın sabiq futbolçusu Abdelhak Nuri iki il səkkiz aydan sonra komadan çıxa bilib. “talkSPORT” xəbər verir ki, 22 yaşlı gənc hal-hazırda oturur və yemək yeyə bilir. Qeyd edək ki, futbolçu 2017-ci ilin iyulun səkkizində “Verder”lə oyunda komaya düşüb. Oyun zamanı A.Nuridə aritmiya başlayıb və o huşunu itirib. Komaya düşən futbolçu […]

Azərbaycan xalqı tarixən bütün sınaqlardan üzüağ, alnıaçıq, başıuca çıxıb. Şübhə yoxdur ki, hazırda dünyada tüğyan edən koronavirus bəlasını da ölkəmiz uğurla dəf edəcək. Ən başlıcası isə odur ki, vəziyyət şəxsən Prezident İlham Əliyevin ciddi nəzarətindədir. Azərbaycan güclü dövlətdir və bu gün ölkəmizin, vətəndaşlarımızın zərər çəkməməsi üçün bütün imkanlar səfərbər edilib. […]

İnformasiyadan asılı və fövqəladə hallara həssas olan müasir dövlət baş verənlərə çevik reaksiya sərgiləməli və operativ qərarlar qəbul edə bilməlidir. İstənilən gecikmə və ya laqeydliyin fəsadları ölçüyəgəlməz ola bilər. Bunu Trend-ə Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. O bildirib ki, dünyanın ən qabaqcıl dövlətləri Covid-19 pandemiyasının qarşısında aciz durumda qalıblar: […]

Bərdə rayonunda xuliqanlıq edən silahlı şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq edən silahlı şəxslər saxlanılıb. Martın 25-də Bərdə rayon sakinləri – əvvəllər məhkum olunmuş Fərid Aslanov, […]

İranda yağan leysan yağışlar güclü selə səbəb olub. Bu barədə geocenter.info xəbər yayıb. Məlumata görə, təbii fəlakət İranın Buşehr, Sistan, Bəlucistan, Qum, Gilan və Kirman şəhərlərinə ciddi zərər vurub. Körpülər və yollar dağılıb, maşınlar yararsız hala düşüb. Şəhər və kənd təsərrüfatına ciddi ziyan dəyib. Qurbanlar, zərərçəkənlər və itkin düşənlərin sayı […]

Azərbaycan İstiqlal Muzeyinin əməkdaşları vətəndaşlarımızın sağlamlığının qorunması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndiriyi çağırışa qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb. Muzeydən AZƏRTAC-a bildirilib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və ora olan ianələr bizim birliyimizin, həmrəyliyimizin göstəricisidir. Bu, dövlətimizin öz vətəndaşlarının sağlamlığına böyük qayğısının bariz nümunəsidir.

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 26-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. […]

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Balakən şəhəri ərazisində hərəkətdə olan “Opel” markalı avtomobil saxlanılan zaman sürücü […]

Türkiyənin Van əyalətində zəlzələ baş verib. “HaberGlobal”ın məlumatına görə, bu barədə Kandilli Rəsədxanası xəbər yayıb. Bildirilir ki, yeraltı təkanların episentri Vanın Başkale rayonu olub. Zəlzələ yerin beş kilometr dərinliyində qeydə alınıb.

Azərbaycanda “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Trend-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur: “Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi operativ […]

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində güclü təsir edən maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Bildirilir ki, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum […]

Bakı Şəhər İcra Hakimiyyətində keçirilən operativ müşavirədə paytaxtın Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayon icra hakimiyyətlərinin başçıları aparat kollektivlərinin Prezident İlham Əliyevin təşəbbüsünə qoşulmaq haqqında istəyini bildirərək bir aylıq əmək haqqı vəsaitlərinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi təşəbbüsü ilə çıxış ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, […]

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Qərar qəbul edib. Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, qərara əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 […]

Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq Ölkədə tibbi spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, hazırda dünyada maska istehsalçıları 24 […]

Kredit müqavilələrinin ödəmə vaxtı ilə bağlı üç aylıq güzəşt olunması təklif edilir. Bunu bütün dünya edir. Bu məsələ Azərbaycanda reallaşacaqmı və belə olarsa, sözügedən təklif necə tənzimlənəcək?  Baku.tv xəbər verir ki, dünyada koronavirusla əlaqədar investisiya maliyyə təşkilatları tərəfindən qlobal böhran elan edilib. Ticari əlaqələrin zəifləməsi səbəbindən bir sıra ölkələrdə banklar vətəndaşlara […]

Hazırda respublika üzrə ümumilikdə 10 mindən çox tənha şəxsə evlərində gündəlik olaraq bu xidmətlər göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha […]

“Yuventus” futbol komandasının və Portuqaliya yığmasının ulduz oyunçusu Kriştianu Ronaldu klubunu dəyişmək barədə düşünür. Bu barədə “DiarioGol” nəşri xəbər yayıb. Bildirilir ki, futbolçu Fransanın “Pari Sen-Jermen” və İngiltərənin “Mançester Yunayted” klublarının təkliflərini dəyərləndirir. Qeyd edək ki, Ronaldu 2018-ci ildən “Yuventus”un heyətində çıxış edir.

Ağdamın Orta Qərvənd kəndi düşmən mövqelərinə yaxın yaşayış məntəqələrindən biridir. Bu cəbhə kəndində qeydə alınmış hər bir kadr müharibənin izlərini daşıyır. Elə bir ev olmaz ki, düşmən atəşinin yetirdiyi zərər görünməsin. Dəlik-deşik olan həyət qapılarına kəndin istənilən evində rast gəlmək mümkündür. Kənd sakini Şakir Heydərov Baku.Tv-yə bildirib ki, həmkəndliləri burada çox çətin şəraitdə […]

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının rəhbərliyinin aylıq əməkhaqqından könüllülük prinsipi əsasında ayırdığı vəsait […]

Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Qərarı Trend-ə şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, xüsusi karantin rejiminin böyük əhəmiyyət daşıyır: “Dünya üzrə riyazi modelləşdirmə onu göstərir ki, sərt izolyasiya və gigiyenik […]

Londonun İCE birjasında 2020-ci ilin may fyuçerslərində Moskva vaxtı ilə 04:28-də (Bakı vaxtı ilə 05:28-də) “Brent” markalı neftin qiyməti 3,5 % artaraq, bir bareli 28,1 dollara yüksəlib. Bu barədə TASS xəbər yayıb. Eyni zamanda, hazırkı qiymətlərə əsasən, eyni markalı neftin qiyməti 4,2% artaraq, bir bareli 28,29 dollar olub.

Göygöl rayonunda qadın yaşadığı evin pəncərələrini sındırarkən xəsarət alıb. Hadisə rayonun Zurnabad kəndində qeydə alınıb. Kənd sakini, 30 yaşlı G.H-ova hələ məlum olamayan səbəbdən əsəbləşərək yaşadığı evin pəncərələrini sındırıb, daha sonra evi yandırmağa cəhd edib. Lakin qadını sakitləşdirmək mümkün olub və hadisənin qarşısı alınıb. Qadın pəncərəni sındıran zaman xəsarət alıb […]

Salyan rayonunda yanğın baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, rayonun Birinci Varlı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Sakit okeanda Rusiyanın Şimali Kuril adalarından 250 km aralıda 7,2 bal gücündə zəlzələ baş verib. “Mash” “Telegram” kanalının məlumatına görə, yeraltı təkanlar adalarda hiss olunub. Təbii fəlakət nəticəsində elektrik enerjisinin verilməsində fasilələr yaranıb, istilik boruları zədələnib, bir sıra binalara ciddi zərər dəyib. Bundan əlavə, Kuril adalarına doğru okeandan böyük dalğa gəlir. Bununla əlaqədar […]

Toy günü qonaqlardan biri bəyi bıçaqlayıb. URA.ru-nun məlumatına görə, dəhşətli hadisə Rusiyanın Nijnevartovsk şəhərində qeydə alınıb. Bildirilir ki, sərxoş halda olan qonaqlardan biri mətbəxdə qabları sındırmağa başlayıb. Bəy isə onu sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Qonaq gənci bıçaqlayıb. Hadisə ilə əlaqədar şübhəli şəxs saxlanılıb. O, qəsdən adamöldürmədə ittiham olunur. […]

Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb. Məclisin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Milli Məclisin rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri arasında, Milli Məclisin rəhbərliyi ilə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri arasında, habelə Milli Məclisin rəhbərliyi ilə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında internet üzərindən […]

London birjasında “Brent” markalı neftin qiyməti 4,5% yüksəlib. TASS xəbər verir ki, WTI markalı neft fyuçerslərinin dəyəri 4,8% artıb. Londonun ICE birjasında ticarət sessiyası zamanı “Brent” markalı neftin qiyməti 2020-ci ilin mayı üçün bir barelə görə 28,3 dollara çatıb. WTI markalı neft fyuçerslərinin qiyməti bir barel üçün 24,5 dollar səviyyəsindədir. […]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməyə cəhd göstərib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır. Hazırda bu istiqamətdə atışma davam […]

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də 20 cinayətin üstü açılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, quldurluq üzrə bir, narkotiklərin qanunsuz dövriyyəsinə görə səkkiz, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirləri nəticəsində daha iki faktın açılması təmin olunub. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca […]

Bərdə rayonunda şəhərarası işləyən avtobuslarda əksəriyyət sürücülülərin sürücülük vəsiqəsi yoxdur hətda idarə etdikləri nəqliyat vasitələri kimin adına oda bəlli deyil.Həkim müayinəsindən keçmisiniz sualımıza isə belə cavab verdilər? Avtobusların içərisi tum qabıqları, boş su qabları, bir sözlə anti sanitariya baş alıb gedir.Hələ sürücülərin sərnişinlərlə kobud rəftarını demirəm.Görəsən buna hansı qurum nəzarət […]

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda qərarına əsasən ictimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunur. Yeni iş rejiminə əsasən müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilir, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir. Bundan əlavə, […]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Cəfərli, Bala Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı […]

Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilir Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi […]

Koronavirus pandemiyasının iqtisadiyyatda yaratdığı zərərlərin qarşılanması məqsədilə Azərbaycan Prezidentinin sərəncamı ilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Bu vəsait 4 istiqamət üzrə formalaşdırılan işçi qrupların təklifləri əsasında zərərçəkən subyektlərə sərf olunacaq. Artıq işçi qrupların tərkibi müəyyənləşdirilib və onlar fəaliyyətə başlayıblar.  Azərbaycan vətəndaş cəmiyyətindən də hazırlanacaq tədbirlər paketi üzrə təkliflər […]

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarının koronavirusla bağlı vəziyyət fonunda planlaşdırılmış müddətdə keçirilmə imkanlarına dair qərarını yaxın 4 həftə ərzində açıqlayacaq. “Report”un məlumatına görə, bu barədə IOC prezidenti Tomas Baxın olimpiyaçı-idmançılara ünvanladığı məktubda bildirilir. Almaniyalı funksioner Oyunların ləğvi variantını nəzərdən keçirməyəcəklərini vurğulayıb: “Tokio olimpiadasının tarixi ilə bağlı yekun […]

Londonun “ICE” birjasında “Brent” markalı neftin qiyməti 7,9%  düşərək bir barrelə görə 25,01 dollar təşkil edib. “TASS” xəbər verir ki, “WTI” markalı neftin aprel fyuçersinin qiyməti isə 7,5% düşərək bir barrelə görə 21,06 dollar təşkil edib. Qeyd etmək lazımdır ki, neftin qiymətləri koronavirus pandemiyası fonunda ucuzlaşır.

ABŞ-ın Skripps İnstitutunu təmsil edən bir qrup mütəxəssisin apardığı araşdırmalar nəticəsində koronavirusun təbii təkamül nəticəsində yarandığı müəyyən edilib. Bu araşdırmaların nəticəsi “Nature Medicine” jurnalında dərc olunub. Alimlər SARS-CoV-2 koronavirusunun genomlarını digər koronavirusların genomları ilə müqayisə ediblər. Bununla birgə, SARS-CoV-2 koronavirusu bəşəriyyətə məlum olan başqa koronaviruslardan çox fərqlənir. Mütəxəssislərin fikrincə ya koronavirus […]

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon sakini Nadim Nadir oğlu Qürbətov həmyerlisi, 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb. Qeyd edək ki, N.Qürbətov Ağcabədi Rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşıdır. Onun atası Nadir Qürbətov 82 saylı Ağcabədi Dairə Seçki Komissiyasının sədridir.