Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon sakini Nadim Nadir oğlu Qürbətov həmyerlisi, 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb. Qeyd edək ki, N.Qürbətov Ağcabədi Rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşıdır. Onun atası Nadir Qürbətov 82 saylı Ağcabədi Dairə Seçki Komissiyasının sədridir.

Paytaxtda koronavirus infeksiyasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Oxu.Az xəbər verir ki, bu səbəblə Bakı Şəhər İcra Hakimiyyəti ciddi təxirəsalınmaz işlər görür. Paytaxt ərazisində qurum tərəfindən xüsusi ayrılmış kommunal texnikalar gündəlik olaraq dezinfeksiya proseslərini həyata keçirir. Martın 22-də paytaxtın Heydər Əliyev prospektində də yolların yuyulması prosesi baş […]

Fransa Prezidenti Emmanuel Makronun təzyiqləri altında Böyük Britaniya Baş naziri Boris Conson ölkədə restoran, bar və klubların fəaliyyəti ilə bağlı məhdudiyyət tətbiq etməyə məcbur olub. Fransanın “Liberation” qəzeti xəbər verir ki, Makron Böyük Britaniyanın koronavirusun yayılmasına qarşı heç bir tədbir görməməsindən olduqca narazı idi. Məlumata əsasən, ultimatum martın 20-si verilib. […]

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli və Bolnisi rayonlarında koronavirusun yayılma riski ilə əlaqədar sərt karantin rejimi elan edilib. APA xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, karantinlə əlaqədar həmin rayonlara giriş-çıxış məhdudlaşdırılır, bütün obyektlər bağlanılır və əraziyə yalnız tibbi vasitələr […]

Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanılmasına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Report-un sorğusuna cavab olaraq deyib ki, martın 22-də, günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi […]

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin rəis müavini, polis polkovnik-leytenant Vahid Cəfərov sərəncama götürülüb. Nazirin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Ana Hüseynov vəzifəsindən […]

Prezident İlham Əliyev  Novruz təbrikində  neftin qiymətinin düşməsinə baxmayaraq, xalqa sosial öhdəliklərin  yerinə yetiriləcəyini  və bütün infrastruktur layihələrinin tam icra olunacağını dedi; koronavirus bəlası ilə bağlı dövlət başçısı daha sərt qadağaların anonsunu verdi;  İlham Əliyev  təxribatçı qüvvələr haqda: “Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır” Prezident  İlham Əliyev  Novruz bayramı   […]

Küveytdə məktəblərdə koronavirusa görə dörd ay tətil edilib. “Sabah” xəbər verir ki, bunu Küveyt hökumətinin sözçüsü Tarık Əl-Mezram mətbuat konfransında açıqlayıb. O, ölkə ərazisində bütün təhsil müəssisələrində tətilin avqustun 3-dək davam edəcəyini bildirib. Qeyd edilir ki, Küveytin təhsil müəssisələrində bundan əvvəl mart ayının 21-dək tətil elan olunmuşdu.

Gəncə şəhərində dörd yaşlı uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında vəfat edib. Qafqazinfo-nun məlumatına görə, Samux rayonunun Füzuli kəndində yaşayan, 2016-cı il təvəllüdlü Verdiyev Siracəddin martın 11-də sözügedən xəstəxanaya yerləşdirilib. Ona “meninqosenofolit” diaqnozu qoyulub, martın 19-da beyin ödemindən həmin xəstəxanada ölüb.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Bu barədə qurumun Mətbuat xidmətindən xəbər verilib. Məlumata görə, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılıb, aşağı həddi isə 5,5%-dən 6,75%-ə qaldırılıb: “Yaranmış vəziyyətdə AMB qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici […]

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr nəzərdə tutulur. Belə ki, fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə […]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanda […]

Təhlükəli epidemioloji vəziyyət və koronavirusun təkcə Rusiya Federasiyasının ərazisində deyil, bütün dünyada yayılması ilə bağlı artan risklərlə əlaqədar Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkilatın sədri Leyla Əliyevanın tapşırığı ilə Rusiya ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarına dəstək göstərilib.RAGB-dən AZƏRTAC-a bildiriblər ki, epidemiya səbəbindən bundan sonra yataqxanalarda qalmalarına icazə verilməyən və […]

Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. AZƏRTAC-ın məlumatına görə, Sərəncamda deyilir: Son dövrlər koronavirus (COVID-19) infeksiyasının əhatə […]

Samux Rayon Polis Şöbəsinin əməkdaşları Novruz Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə […]

Qazax rayonu ərazisində yerləşən cücə sexində yanğın hadisəsi qeydə alınıb. “Report”un məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində baş verib. Kənd sakini, Anar Kərimova məxsus və ümumi sahəsi 600 kvm olan sexdə baş vermiş yanğın zamanı sexin içərisində olan avadanlıqlar və 400-ə yaxın bildirçin quşu, həmçinin 15 000 cücə yanıb. Hadisə yerinə çağrılan Fövqəladə Hallar […]

Prezident İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamına əsasən dörd İşçi Qrup yaradılır. AZƏRTAC xəbər verir ki, pandemiyanın Azərbaycan […]

İsveçrədə koronavirus pandemiyasına görə idman yarışları təxirə salındığı üçün futbol klublarında da iş dayanıb. “Sion” klubunda bu qərar rəhbərliklə futbolçular arasında problemə çevrilib. Sports.ru-nun məlumatına görə, klub prezidenti oyunçuların maaşlarını azaltmaq fikrinə düşüb. Oyunçular isə bu qərarla razılaşmayıblar. Nəticədə klub rəhbəri çıxış yolu olaraq bütün futbolçuların müqaviləsini ləğv edib.

ABŞ Prezidenti Donald Tramp iyunda Kemp-Deviddə keçirilməsi nəzərdə tutulan G7 ölkələri liderlərinin görüşünü ləğv edəcək. “Reuters” xəbər verir ki, Tramp həmkarları ilə videogörüntü ilə söhbət etməyi planlaşdırır. ABŞ prezidenti klubun üzvlərinin artıq bundan xəbərdar olduğunu qeyd edib. “Yeddilik” liderlərinin videogörüşməsi aprel və may aylarında baş tutacaq.

Azərbaycana yaz fəsli daxil olub. Bu il yaz fəsli ölkəyə martın 20-də, yerli vaxtla saat 07:49:36-da daxil olacaq. Bu gündən Günəş öz orbiti üzrə hərəkət edərək, göy ekvatorunu kəsir. Yəni cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün […]

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb və sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşüb. DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Novruz” bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik […]

Türkiyənin məşhur müğənniləri Sıla və Yalın koronavirusla bağlı evdən çölə çıxmayanlar üçün konsert veriblər. “HaberGlobal”ın məlumatına görə, müğənnilər evlərindən izləyiciləri üçün “Instagram”dan canlı yayım təşkil ediblər. Onlar #EvdəKalTürkiye həştəqi ilə başlayan kampaniyaya qoşularaq, sevilən mahnılarını səsləndiriblər.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Mehriban Əliyevanın “Instagram” hesabında paylaşılmış təbrik mətnində deyilir: “Əziz həmvətənlər! Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram […]

Türkiyədə açıq və ya qapalı formada keçiriləcək bütün görüş və ya fəaliyyətlər aprel ayının sonuna qədər təxirə salınıb. “HaberGlobal” bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də yayımlanan xəbərə əsasən məlumat yayıb. Koronavirus pandemiyasının Türkiyədə yayılmasının qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyü vurğulanan təlimatda qeyd edilir: “Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını […]

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “COVID-19” (koronavirus) epidemiyası ilə bağlı xalqa müraciət edib. Musavat.com M.Əliyevanın müraciətini təqdim edir: Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb. İnanırdıq ki, biologiya elminin, […]

“Bütövlükdə nəqliyyat sahəsində işlər yaxşı gedir. Keçən il də yaxşı uğurlarımız olub, bu il də. Həm dəmir yollarının, həm də avtomobil yollarının çəkilişi – bütün bu işlər hesab edirəm ki, ən yüksək səviyyədə aparılır. İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi […]

“İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir”. BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında deyib. Ölkə başçısı söyləyib ki, Azərbaycan bu istiqamətdə (koronavirusa qarşı mübarizə sahəsində) önləyici tədbirlər […]

Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti  sərəncam imzalayıb. Musavat.com həmin sərəncamı təqdim edir: “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin […]

Türkiyəli müğənni Hadisəyə ağır itki üz verib. Musavat.com xəbər verir ki, sənətçi sosial media hesabında bibisinin vəfat etdiyini, lakin koronavirusa görə yasda iştirak edə bilmədiyini açıqlayıb: “Bu qorxulu zamanda sevdiyini itirməyin necə kədərli olduğunu sizə başa sala bilmərəm. Bibimin yeri məndə başqa idi, ikinci anam sayırdım. Yerin cənnət olsun. Yanına […]

Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA xəbər verir ki, “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək yeni qazılmış ərazidəki betona çırpılıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb. Qəza nəticəsində avtomobildə olan sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Milli Məclisin avtoparkının balansında olan bütün nəqliyyat vasitələri gündə bir dəfə hökmən dezinfeksiya ediləcək. “Report” xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında imzaladığı sərəncamında qeyd edilib. Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə […]

Ekspert: “Onun saxtakarlığa ehtiyacı yoxdur, çünki ölkədə reytinqi çox yüksəkdir” Rusiya prezidenti Vladimir Putin 22 apreldə konstitusiya dəyişiklikləri ilə əlaqədar ümumxalq səsverməsi təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın mətni Kremlin rəsmi saytında dərc olunub. Putin bildirib ki, əgər vəziyyət tələb edərsə səsvermə təxirə salınaraq başqa vaxta təyin edilə bilər. Onun […]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonunun Cil […]

Neft hasilatı ilə məşğul olan Şimali Dakota ştatının senatoru Kevin Kramer ölkə Prezidenti Donald Trampı Rusiyadan, Səudiyyə Ərəbistanından və İraq kimi “OPEK”-in digər ölkələrindən neft almamağa çağırıb. “New York Post” xəbər verir ki, senator bu ölkələrin dünyada koronavirusla bağlı vəziyyətdən ABŞ-a qarşı istifadə etdiklərini bildirib. “Onlar bazarları ucuz neftlə doldurmaq […]

Sabiq MMA döyüşçüsü Sedrik Marks bir kişini və iki qadını öldürməkdə şübhəli bilinir. “Associated Press” xəbər verir ki, Marks 2009-cu ildə uşağının anasını öldürməkdə ittiham edilir. Bundan əlavə, sabiq döyüşçünün ötən il rəfiqəsini və naməlum bir kişini qətlə yetirdiyi ehtimal edilir. Qeyd edək ki, S.Marks 1999-2018-ci illərdə peşəkar rinqdə çıxış edib. […]

Azərbaycanda koronavirusla mübarizə çərçivəsində növbəti sosial promoçarx çəkilib. Oxu.Az xəbər verir ki, videoçarx vətəndaşlarımızı cürbəcür əsassız şayiələrə inanmaqdan çəkindirmək və xəstəliyin dünyada tüğyan etdiyi dönəmdə gigiyena qaydalarına ciddi yanaşmağı təşviq etmək məqsədi daşıyır. Həmçinin, videoçarxın müəllifləri xalqımıza yaşlı, xüsusən də kimsəsiz insanlara biganə qalmamağı tövsiyə edir. Həqiqətən də, bizim təhlükəsizliyimiz milli […]

Rusiyanın Saratov bölgəsində məhkəmə bir neçə ay müddətində yeniyetmə qızına təcavüz edən pedofil ata haqqında qərar çıxardıb. “Ren TV” xəbər verir ki, 50 yaşlı cinayətkar 16 yaşlı qızını ən azı üç dəfə zorlamaqda günahlı bilinib. 2018-ci ilin may-dekabr aylarında təcavüzə məruz qalan qız qorxudan başına gələnləri heç kimə etiraf etməyib. […]

ABŞ-ın Rod-Aylend ştatının sakinlərini qeyri-adi təbiət hadisəsi dəhşətə gətirib. “Daily Star” xəbər verir ki, günbatana doğru insanlar onların üzərinə nəhəng buludun yaxınlaşdığını görüblər. Şahidlər uzunluğu yüzlərlə kilometr olan bu qorxulu “səma divarını” lentə almağa nail olublar. Koronavirus səbəbindən əsəbləri gərgin olan insanlar bunu “qiyamətin əlaməti” adlandırıb.  

Son zamanlar koronavirus xəstəliyi (COVID-19) haqqında yayılan hər bir məlumat gərginliyi daha da artırır. Lakin təmkinli olmaq və qaydalara riayət etmək lazımdır. Mövcud vəziyyətdən narahat olan uşaqlar varsa, onlara bu vəziyyəti uyğun şəkildə izah etmək gərəkdir. Uşaqlar narahatlıq, stres və kədər hisslərinə xüsusilə həssas olduqlarına görə, internetdə və ya televizorda gördükləri, […]

Türkiyə hökuməti koronavirusla mübarizəyə 100 milyard lirə (265,600,000 AZN) vəsait ayırıb. “Anadolu” xəbər agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim etdiyi bu paket “İqtisadi Sabit Qalxan” (Ekonomik İstikrar Kalkanı) adlanır. Ərdoğan Çankaya Köşkündə koronavirusla bağlı iclasdan sonra virusla mübarizə üçün hökumətin belə bir qərar verdiyini açıqlayıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncama əsasən, Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılacaq. Həmçinin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin […]

Prezident İlham Əliyev dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. AzərTAc xəbər verir ki, sərəncama əsasən Prezident Administrasiyasında prezidentin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılacaq. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun əsas […]

Əl işi olan müəllif aksesuarlarını təqdim edən “ELFF” Azərbaycan brendi yaxın zamanlarda “Brandonline” texnologiyası sayəsində sifarişləri bir neçə dəqiqə ərzində yerləşdirmək fürsəti ilə paytaxtımızın dəbsevərlərini sevindirəcək. “ELFF” kolleksiyasında müxtəlif növ aksesuarlar mövcuddur – üzüklər, sırğalar, saç bəzəkləri. Bu işlərin hər biri unikaldır və müəllifin öz işinə olan sonsuz sevgisi ilə hazırlanıb, […]

Əməkdar artist Elza Seyidcahan ötən gün Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə başında tacla gəlməsinə aydınlıq gətirib. BiG.AZ xəbər verir ki, sənətçi bu barədə İnstaqramda yazıb: “Çəkilişə getmişdim. Getməsəm də, Elza Seyidcahan hara və necə getməlidir çox yaxşı bilir. O çılpaq, oralarını-buralarını kəsdirənlər, dolduranlar öz dərdlərini çəksinlər. Yas mərasiminə tacla getmək […]

Koronavirus xəstəliyinin başlandığı zamandan 4 ay keçib. Xüsusilə son 2,5 ay bütün dünyada gərgin mübarizə şəraitində keçir. Superhaber.tv-nin verdiyi xəbərə görə, epidemiyanın təsir etdiyi ölkələrdən biri olan Sinqapurun Səhiyyə Nazirliyi virusun xəstələrdə yaratdığı dəyişikliyi göstərən video hazırlayıb. Tibbi müdaxilə tələb edən 9-cu günə qədərki prosesi izah edən kadrları oxuculara təqdim […]