Abşeronda narkotik vasitələrin alqı satqısı ilə məşğul olan “İKOŞ” ləqəblı xanım saxlanılıb. Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, 24 yaşlı İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub. Onun yaşadığı evə baxış keçirilən zaman, oradan küllü miqdarda , xüsusi bükümdə olan, 5 qram Heroin, 2 qram metodin […]

2006-cı il yanvarın 19-da Prezident İlham Əliyevin fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Astv.news məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Onun sözlərinə […]

Yanvarın 19-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli olacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın […]

20 yanvar faciəsi sadəcə olaraq Azərbaycan xalqının başına gətirilən faciə deyildi, bu, xalqımıza qarşı törədilən qanlı cinayət idi. Astv.news məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyasında keçirilən anım tədbirində deyib. Ə.Əhmədov bildirib […]

17 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi. İlk olaraq Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri […]

Beynəlxalq Muğam Mərkəzində yanvarın 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Cahandar Xanlarovun “Kaman pıçıltısı” adlı müəllif konserti keçirildi. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata əsasən, konsert Azərbaycan Dövlət Mədəniyyət və İnvəsənət Universitetinin və Beynəlxalq Muğam Mərkəzi birgə layihəsinin çərçivəsində təşkil edilmişdi. […]

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun direktoru, professor Nazim Müzəffərli […]

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. APA-nın məlumatına görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, […]

2019-cu il ərzində Azərbaycandan 128,67 min ABŞ dolları dəyərində diri heyvan ixrac edilib. “APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, diri heyvan ixracı 2018-ci il ilə müqayisədə 3,1 dəfə azalıb. Bu müddətdə ölkəyə eyni adla məhsul idxalı isə illik 3,8% artaraq 59 753,28 min ABŞ dolları təşkil edib. Bu, […]

Bakıda ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Yanvarın 17-də Almaniyanın paytaxtı Berlində 85-ci “Beynəlxalq Yaşıl Həftə” sərgisinin açılışı olub. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, miqyasına görə dünyanın ən iri kənd təsərrüfatı sərgilərindən biri sayılan bu tədbir tanınmış “Messe” zalında keçirilir. Sərgi ilk dəfə 94 il bundan əvvəl, 1926-cı ildə təşkil olunub. Azərbaycan bu sərgidə artıq […]

Qazaxıstanın ömürlük ümummilli lideri olaraq qalan Nursultan Nazarbayev Qazaxıstanın Avrasiya İqtisadi Birliyi ölkələrini (AİB) Qara və Xəzər dənizləri arasında nəqliyyat kanalının qurulması imkanlarını nəzərdən keçirməyə dəvət edib. Bu barədə “Haber7” məlumat verib. “Qara dəniz və Xəzər dənizlərini su yolları ilə birləşdirəcək Avrasiya gəmi kanalının inşası perspektivli bir layihə ola bilər”, […]

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 17-də 67,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,26 dollar/barel təşkil edib ki, bu […]

Rusiyanın Ural Federal Dairəsində taksidə arvadı ilə mübahisə edən kişi sürücüdən onu yolun ortasında düşürməsini istəyib. E1.ru-nun xəbərinə görə, magistral yolun ortasında taksidən düşməyə məcbur edilən 38 yaşlı qadını avtomobil vurub. Ərazidən 100 metr məsafədə uzaqlaşan taksi sürücüsü avtomobilin güzgüsündən qadını yolun ortasında uzanmış vəziyyətə görüb. Sürücü və əri avtomobillə […]

“Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində elə bir hadisə olmayıb, ola bilməz. Sadəcə mən bir söz demək istəyirəm ki, xəstələrə xoş münasibət göstərilir, pulsuz müayinələr olur, ən son aparatlarla yüksək səviyyəli əməliyyatlar həyata keçirilir”. Astv.news xəbər verir ki, bu sözləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilat-metodik bölməsinin […]

Təhsil Nazirliyində kadr dəyişikliyi olub. Oxu.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. Əmrə əsasən, Orxan Abbasov Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. O.Abbasov bundan əvvəl Təhsilin inkişafı proqramları şöbəsinin Təhsildə innovasiyalar sektorunun müdiri vəzifəsində çalışıb.  

Bakı şəhərinin Xəzər rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 17-də respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub. […]

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib. Trend-in məlumatına görə, seminarda MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın ekspert qrupunun üzvləri, Katibliyin müvafiq əməkdaşları, region üzrə dairə seçki komissiyalarının (DSK) ekspert qrupunun üzvləri iştirak edib. Seminarda MSK […]

Bakının Binə qəsəbəsinin bəzi sakinləri saytımıza müraciət edərək yollarının bərbad vəziyyətdə olması ilə bağlı şikayətlərini yazıblar. “Yeni Sabah”a üz tutan sakinlər bildiriblər ki, onların yaşadığı ərazi Binə sovxoz sahəsində “Sağagedən yol” adlanır. Onlar yaşadıqları ərazidə küçələrin rəsmi adları olmadığı olmadığı üçün də problemlərinin müəmmalı şəkildə qaldığını deyiblər. Sakinlərin sözlərinə görə, […]

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu Psixi Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Kardiologiya və psixiatriya: Kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda respublikanın aparıcı kardioloq, psixoloq, terapevt, nevropatoloq və psixiatrları iştirak ediblər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, seminarda institutun direktoru, tibb elmləri doktoru […]

Qoç -Mənfi tendensiyaların təsiri güclənir. Bunun zərəri ən çox maliyyə sahəsinə dəyəcək. Daha ciddi problemlər məhz bu sahədə yaranacaq. Bir çoxları üçün gün bəd xəbərlərlə (cərimələr, sanksiyalar və maaşın azalması və s. barədə məlumatlar) yadda qalacaq. Gərginlik artır və bu, vəziyyətin ağırlaşmasına səbəb olur: müdiriyyətlə işçilər arasında münasibətlər korlanır, iş müttəfiqlərinin […]

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2019-cu il iyunun 14-də  baş verən silahlı insident zamanı yeznəsini güllələyən, “Hozu” ləqəbi ilə tanınan Rauf Şirinovun cinayət işi başa çatıb.  Astv.news  oxu.az-a istinadən xəbər verir ki, istintaq zamanı hadisənin təfərrüatları məlum olub. Belə ki, iyunun 13-də Ramiz Məmmədov Rauf Şirinovun bacısı Məleykə Məmmədovanı onun və […]

Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanmışdır. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Unikal.org-a verilən məlumata görə, uşaq bağçaları  və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla […]

Azərbaycanda Premyer Liqasında qış fasiləsi yarandığından bəzi klublarda ayrılıqlar və yeni transferlər var. Astv.news  xəbər verir ki, transfer işində fəal olanlar hələlik “Zirə”, “Neftçi” və “Səbail”dir. “Qarabağ” Gələn: Nicat Mehbalıyev (“Sumqayıt”: icarədən qayıdıb) Gedənlər: Simeon Slavçev (“Levski”, Bolqarıstan), Asmir Beqoviç (icarə müddəti başa çatıb), Riçard Almeyda “Neftçi” Gələnlər: İbrahim Əliyev (“Sumqayıt”), Mirabdulla Abbasov (“Səbail”: icarədən […]

Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanıb. Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi məlumat yayıb. İdarədən Trend-ə verilən məlumata görə, Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq […]

Qəbələdə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qəbələ rayonunun Seyidqışlaq kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 55 m² sahədə və 2 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən […]

Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il daha 1500 mənzil və fərdi ev müharibə əlilləri və şəhid ailələrinə veriləcək. Astv.news  məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında çıxışı zamanı deyib. S.Babayev nazirliyin bərpa mərkəzlərində 10 457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq […]

Bu il ərzində Bakıda daha 2 DOST mərkəzi, eyni zamanda Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzləri yaradılacaq. Astv.news məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə ötən il […]

Yanvarın 17-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib. İnstitutdan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd etdi: […]

Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin bərabər şərtlərə dayanan təşviqat kampaniyasının keçirilməsi üçün lazımi bütün addımları atıb. Astv.news məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. R.Qasımov bildirib ki, bütün dairələr, hətta bütün rayonlar ərazisində açıq və qapalı yerlər müəyyənləşdirilib. O xatırladıb ki, ümumilikdə respublika üzrə 270 açıq […]

2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi. Aparılan bu siyasət ötən ilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilməsinə təminat […]

“CinemaPlus 28 Mall” Premium-klass kinoteatrında “Cep Herkülü: Naim Süleymanoğlu” adlı türk filminin nümayişi baş tutub. Kinoteatrdan Trend-ə verilən məlumata görə, film Türkiyə və dünya idman tarixində silinməz izlər qoyan məşhur ağır atlet Naim Süleymanoğluna həsr olunub. Bioqrafik filmin rejissoru Özer Feyzioğludur. Baş rollarda Hayat Van Ek, Yetkin Dikinciler və Selen […]

Türkiyə TOGG markalı yerli avtomobilinin türkdilli ölkələrə ixracında maraqlıdır. Bu barədə Trend-ə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyindən deyiblər. Məlumata əsasən, TOGG avtomobillərinin kütləvi istehsal başladıqdan sonra qonşu ölkələrə, xüsusilə də Azərbaycan kimi qardaş türkdilli ölkələrə ixracı prioritetlərdən biri olacaq. Nazirlikdən bildiriblər ki, TOGG həm Türkiyə bazarında, həm də türkdilli ölkələrin […]

Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlara, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələrinə dövlət qulluğuna qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Astv.news  məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən […]

NATO baş katibinin müavini, səfir Mirça Coane yanvarın 20-də NATO-nun mənzil qərargahında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşəcək. Astv.news bu barədə NATO-nun saytına istinadən məlumat verir. Qeyd edək ki, Azərbaycanla NATO arasında əməkdaşlığın vacib mərhələsi 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” […]

Daxili İşlər orqanlarında növbəti təyinat olub. Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Cavanşir Orucov Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi təyin edilib. Xəbəri Xaçmaz RPŞ-dən Unikal.org-a təsdiqləyiblər. Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Xaçmaz RPŞ-nin […]

Oğuz rayonunun Filfilli kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“Bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artım ediləcək”. Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib. 2019-cu ilin yekunlarını qeyd edən S.Babayev sosial sahədə inqilabi addımların atılmasını, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin […]

Velosiped millimizin üzvü Kirill Pozdnyakov yığmamızdan kənarlaşdırılıb. Astv.news xəbərinə görə, rusiyalı legionerin Azərbaycan çempionatı vaxtı qəbul etdiyi metilfenidat metaboliti dopinq tərkibli olduğu üçün ona AMADA-nın göndərişi əsasında WADA (Ümumdünya Anti-Dopinq Agentliyi) tərəfindən iki illik cəza verilib. Bu səbəbdən idmançı 2021-ci ilin yanvarın 2-dək yarışmaq hüququndan məhrumdur. Bu isə o deməkdir […]

Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Astv.news  məlumatına görə, hadisə rayonun Qara Nuru kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Saatlı rayonu Azadkənd kənd sakini, Azadkənd Sudan İstifadə Edənlər İctimai Birliyinin sədri Nizami Cəfərovun idarə etdiyi “VAZ 21074” markalı 49 DF 711 dövlət nömrə nişanlı avtomobillə Saatlı rayon sakini […]

Rusiyanın Kamçatka vilayətindən qovulan 170-dən çox miqrantın içərisində azərbaycanlılar da olub. Rrossaprimavera.ru-nun Federal Məhkəmənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə 176 xarici vətəndaş qanun pozuntusuna görə Kamçatka ərazisinin icraçıları tərəfindən Rusiyadan deportasiya olunub. Qeyd olunur ki, Kamçatka ərazisindən çıxarılan əcnəbilərin əksəriyyəti Azərbaycan, Özbəkistan, Ukrayna, Ermənistan və Qırğızıstan vətəndaşları […]

Dünyanın ən balaca insanı kimi tanınan Nepal sakini Haqendra Tapa Maqar vəfat edib. Bu barədə Ginnesin “Rekordlar” kitabının saytı məlumat yayıb. 28 yaşında vəfat edən Maqarın boyu 67,08 santimetr idi. Bildirilir ki, onun ürəyində problemlər olub. Həmçinin o, nəfəs yolları xəstəliklərindən əziyyət çəkirmiş.

Bakıda döyülmə hadisəsi olub. “Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində Zülfü Əliyev qayınanası tərəfindən döyülüb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi və qarnın küt travması diaqnozu qoyulub.

Rusiya Federasiyasının Xаrici İşlər Nаzirliyi TASS agentliyinin Diplomatik Strukturlarla Əlaqələr üzrə bölməsinin rəhbəri Səadət Qədirovanı mükafatlandırıb. Bu barədə “Report”un Rusiya bürosuna S.Qədirovanın özü bildirib. Səadət Qədirova “Xəyallar gerçəkləşir” layihəsi çərçivəsində “Jurnalistika və xeyriyyəçilik fəaliyyətləri”ni birləşdirdiyinə görə Rusiya Xаrici İşlər Nаzirliyinin “Xarici siyasətin önündə” nominasiyasının qalibi olub. “Xəyallar gerçəkləşir” S.Qədirovanın “YouTube”dakı “Kadyrovaonline” […]

Avtomobil idarə edərkən sürücülər tez-tez stasionar və ya mobil radarlarla rastlaşırlar. Bəzən iki radar arasındakı məsafələrin uzun, bəzən də olduqca qısa olmasının şahidi oluruq. Sürücülərin diqqət etdiyi məsələlərdən biri də DYP avtomobillərində yerləşdirilən radarlardır. Bəs radarlar istənilən ərazidə yerləşdirilə bilərmi, patrul avtomobillərinin istədikləri yerdə sürət həddini aşan sürücüləri cərimələmək hüququ […]

Bərdədə mikroavtobus süpürgəçi qadını vuraraq öldürüb. Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Rayonun Lək kənd sakini Abdullayeva Aidəni yolun kənarını süpürərkən maşın vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.