Əməkdar artist Elnur Kərimovun avtomobilini əzərək yararsız hala salıblar. Musavat.com xəbər verir ki, aktyor bu haqda sosial şəbəkədə paylaşım edib: “Səhər uşağı həkimə aparırdım. Maşına yaxınlaşanda bu mənzərəni gördüm. Maşının şüşəsini qırıblar, alt tərəfi ümumiyyətlə yoxdur. Maşında onsuz da heç nə yox idi, amma yararsız hala salınması insanlıqdan kənar hərəkətdir. Həyətdə […]

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin […]

Bakıda dəhşətli qəzanın görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, qəza paytaxtın Azadlıq prospektində baş verib. Belə ki, 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxan BMW markalı avtomobilin sürücüsü yolayrıcına yaşıl işıqda daxil olan “Mercedes” markalı maşınla toqquşub. Sürücü BMW markalı avtomobili yüksək sürətlə idarə etdiyi üçün zərbənin təsirindən […]

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən bir sıra hərbi hissələrə səfəri […]

Plan və proqramlarını açıqladılar Parlament seçkilərindən 40 gün keçir. Seçkilərdə parlamentə düşməyən müxalifətin qarşıdakı dövr üçün plan və proqramları varmı? Koronavirusun və neftin qiymətlərinin enməsinin dünya üçün gətirdiyi böhrana müxalifət düşərgəsinin münasibəti necədir? Müxalifət qarışıqlıq və panikadan öz siyasi çıxarları üçün istifadə edərmi, iqtidardan vurulmuş məmurlar təmas, bağlılıq istəsə, onlarla […]

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının yayımı müvəqqəti dayandırılacaq. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, sabah teledərslərin keçiriləcəyi son gün olacaq. Dərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımı […]

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) […]

Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş dörd nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının qlobal pandemiya […]

Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusun yayılmasının qarşısını almağa nail olduqlarını açıqlayıb. Bu barədə “Haber Global” məlumat yayıb. “Virusun insanlar arasında müəyyən yaş göstəricilərinə görə yayıldığını bilirik. Virus yaşlı nəsildə daha çox aşkarlanır. Ölkəmizdə koronavirusa yoluxma halları 93-96 arasındadır. Digər ölkələrdə bu, qat-qat artır. Buna qarşı tədbirləri artırıb daha fəal […]

Nazirlər Kabineti koronavirusun iqtisadiyyata təsirlərinin minimallaşdırılması məqsədilə sahibkarlara dəstək üçün təkliflər hazırladığını bəyan edib. Bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib. O bildirib ki, məhdudlaşdırıcı tədbirlərin sahibkarlara və eləcə də vətəndaşlara iqtisadi təsirlərinin minimallaşdırılması üçün bu tədbirlərin də paketə daxil olunması məqsədəuyğun olardı: “Həm sahibkarlar, həm də vətəndaşlar […]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Ayqepar, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun […]

Gəncədə mənzildən meyit tapılıb. “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan […]

“Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin enməsinə kifayət qədər dayanıqlıdır”. “Report” xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. E.Rüstəmovun sözlərinə görə, Azərbaycanda bütün sosial-iqtisadi proqramlar neftin 2015-ci ildən bu günə olan qiymətlərinə uyğunlaşıb: “Bildiyiniz kimi, 2015-ci ildən sonra bir sıra tədbirlər […]

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin yaz sessiyasının son iclasında çıxış edib. Musavat.com deputatın çıxışını təqdim edir. “Parlamentə, hakimiyyətin ikinci qoluna xanımın sədrlik etməsi son dərəcə taleyüklü dövrdə Azərbaycanda formalaşmaqda olan yeni siyasi sistemin tələblərinə uyğun olaraq qanunverici orqanın rəhbər strukturlarını xalqın gözləntilərinə uyğunlaşdırmağa kömək edəcək, eyni […]

Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürülüb. Ağsu rayonunun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb. Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb. Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir. Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd […]

Azərbaycanın İndoneziyadakı səfirliyi akkreditə olduğu ölkələrdə yeni tip koronavirus (COVlD-19) epidemiyasının sürətlə yayılması ilə bağlı bu ölkələrdə yaşayan vətəndaşlarımıza müraciət edib. Səfirlikdən verilən xəbərə görə, diplomatik korpusun akkreditə olduğu ölkələr – İndoneziya, Sinqapur, Filippin və Timor-Lestedə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə […]

Azərbaycan hökuməti yanında operativ qərargahın təhlükəsizlik tədbirlərinə əsasən, Rusiyanın bəzi şəhərləri ilə hava əlaqəsi dayandırılıb. TASS-ın xəbərinə görə, bu tədbirlər koronavirusun yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub. Azərbaycan Hava Yolları tərəfindən Bakı-Ufa-Bakı reysi ilə uçuşlar martın 17-dən etibarən dayandırılır. Ufa ilə yanaşı, Kazan, Surqut, Mineralnıye Vody, Krasnoyarsk və Yekaterinburqa da uçuşlar ləğv […]

Azərbaycan Respublikasında iki yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Oxu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir. Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, […]

Dünyaca məşhur ukraynalı qadın cüdoçu Darya Bilodid Yunanıstanda yataqda çəkdirdiyi şəkillərini paylaşıb. “Woman Hit” xəbər verir ki, idmançının çəhrayı pijamadakı şəkilləri görənləri valeh edib. Ağır idman növü ilə məşğul olmasına baxmayaraq, Darya modellərə xas olan gözəlliyin sahibidir. Qeyd etmək lazımdır ki, 2019-cu ildə D.Bilodid Ukraynanın ən güclü idmançıları siyahısında yer […]

Nigeriyanın Laqos ştatında yerləşən Festak şəhərində neft borusu partlayıb. “Nairametrics” xəbər verir ki, partlayış nəticəsində 15 nəfər ölüb, 60 nəfər xəsarət alıb. Bundan əlavə, çoxlu sayda yaşayış evi dağılıb. Məlumata əsasən, ölən və xəsarət alanların əksəriyyəti tələbələrdir. Ehtimala görə, partlayış neft borusuna qanunsuz müdaxilə nəticəsində baş verib.  

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisindəki Bayraq meydanının yaxınlığında qeydə alınıb. Belə ki, “KaMAZ” markalı yük maşını ilə “VAZ-2115” markalı avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Çingiz Bəylər oğlu hadisə yerində ölüb. Onun […]

Müğənni Sevda Yahyayevanın nişan mərasimi təxirə salınıb. “Qafqazinfo” xəbər verir ki, martın 17-də baş tutması planlaşdırılan məclis aprel ayına uzadılıb. Sevda dəvət etdiyi qonaqlarla əlaqə saxlayaraq, nişanın reallaşmayacağını bildirib. O, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına uyğun olaraq, belə bir addım atıb. Qeyd edək ki, sənətçi genetik-laborant Zakir Bayramovla ailə qurmağa […]

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilib. Hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli […]

Azərbaycan Ordusunda valideyn görüşləri dayandırılıb. Bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə tapşırıq verib. Mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışan Müdafiə naziri hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib. Nazir hərbi hissə və müəssisələrdə […]

Bəşəriyyət XXI əsrdə insanlıq imtahanından keçir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etdiyi koronavirus infeksiyası (COVİD-19) dünya ölkələrini ayağa qaldırıb. Xəstəliyin Çindən sürətlə dünyaya yayılmasından sonra virusun qarşısını almaq, əhalinin sağlamlığının qorunması üçün hər gün ölkələrdə qərarlar qəbul olunur, müxtəlif addımlar atılır. Təbii ki, hazırda dünyada insan sayının artması, xüsusən […]

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilib. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları […]

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 15-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə […]

Masallıda quldurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də şəhər ərazisindəki mağazalardan birində orada işləyən Rəşad Qasımova balta ilə xəsarət yetirib, quldurluq yolu ilə kassadakı 11 700 manat pulu aparmaqda […]

Rusiyalı məşhur müğənni Lolita Milyavskayanın əri Dmitri İvanovdan boşanması ilə bağlı Moskvada keçirilməli olan məhkəmə iclası baş tutmayıb. Life.ru xəbər verir ki, buna səbəb Lolitanın vəkili Sergey Jorinin koronavirusla (COVİD-19) bağlı karantinə alınması göstərilib. Məlumatlara görə, o, martın əvvəlində İtaliyadan gəlib və karantinə alınıb. Prosesin martın 27-də baş tutacağı bildirilib. […]

Yeni tip koronavirusu müalicə edəcək bir dərman hələ ki, yoxdur. Lakin firmalar xəstəliyə çarə tapmaq üçün bir-biri ilə sanki yarışa girib. Dərman şirkətləri, xüsusilə, Ebola, HİV kimi ölümcül xəstəliklərdə istifadə edilən peyvəndlərə ümid edir. Onları koronavirusa qarşı təkmilləşdirir. Ümidverici açıqlama Çinin Təhsil və Texnologiya nazirinin köməkçisi Şu Nanpinqdən ümidverici açıqlama […]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara, […]

Fransada peşəkar klubun futbolçuları arasında koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb. “L’Equipe” xəbər saytının məlumatına əsasən, “Trua” klubunun oyunçusu Xen Çjun Sukun COVID-19 testi müsbət nəticə verib. Cənubi Koreyadan olan futbolçu ilə yanaşı, “Trua”nın digər oyunçusunun da virusa yoluxduğu bildirilir. Adı çəkilməyən futbolçunun gənclər komandasının tərkibində oynadığı qeyd edilir. Hər iki idmançının […]

Martın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri Giorgi Qaxariya arasında telefon danışığı olub. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük […]

“Məhkəməyə verməyəcəm, baxmayaraq ki, mənim haqqımda yalan məlumatlar yaydıqlarına görə təzminat tələb edə bilərdim”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı, Moskva vilayətinin qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyeva bildirib. Azərbaycan KİV-lərində onun haqqında yayılan “Oqtay Şirəliyevin qızı xristianlığın erməni […]

2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanın keçiriləcəyi tarix haqqında əlavə məlumat veriləcək. Məlum olduğu kimi, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi […]

Ermənistanın Baş naziri Nikol Paşinyan və xanımı koronavirusa yoluxma şübhəsi ilə əlaqədar karantinə alınıblar. Erməni mətbuatının yaydığı xəbərə görə, bu barədə Ermənistanın Baş naziri sosial media hesabında canlı yayım edərkən deyib. O deyib ki, sabah yoxlanışdan keçəcək. Baş nazirin Sevanda yerləşən iqamətgahında olduğu deyilir. Karantinin əsas səbəbi isə həyat yoldaşının bu günlərdə […]

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatından da göründüyü kimi, koronavirusla bağlı xəbər olaraq yayılmış materiallar ciddi şəkildə diqqətdə saxlanılır və saxlanılacaq. Buna görə də şura kütləvi informasiya vasitələrini rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş bilgilərin təqdimatından uzaq durmağa çağırır. Bu barədə Azərbaycan Mətbuat Şurasının saytında yerləşdirilən məlumatda deyilir. […]

ABŞ strateji ehtiyatlar üçün qiymətlərin ucuzlaşmasından istifadə edib böyük həcmdə neft almaq fikrindədir. TASS-ın məlumatına görə, bu barədə Donald Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, hökumət neft ehtiyatlarını doldurmaq fikrindədir: “Mən energetika nazirinə tapşırmışam ki, strateji ehtiyatlar üçün yaxşı qiymətə böyük həcmdə neft alsın. Bu qərar […]

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb. 1993-cü il təvəllüdlü İbrahimzadə Elvin Elçin oğlu naməlum şəxslərlə mübahisə zəminində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Belçikanın Gent Universitetinin Flamand Biotexnoligiya İnstitutu koronavirusa qarşı vaksinin hazırlanmasında əhəmiyyətli yol qət olunduğunu açıqlayıb. “HaberGlobal”ın məlumatına görə, İnstitutun alimlərindən professor Xavyer Salens laboratoriya şəraitində COVID-19-u zərərsizləşdirdiklərini qeyd edib. Üniversitetin “Twitter” hesabından verilən açıqlamada Xavyer Salens və Gent Universitetinin Tibbi Biotexnologiya Mərkəzinin araşdırma qrupu tərəfindən potensial COVID-19 virusunun müalicəsi sahəsində […]

“Əminəm ki, parlamentdə müzakirələr açıq olacaq və hər kəsə bərabər şərait yaradılacaq”.   Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.   Onun sözlərinə görə, Milli Məclisin komitələrində, yüksək vəzifələrdə siyasi partiyaların nümayəndələri təmsil olunur:   “Biz bəzən 39 məsələni 1 saata bitirmiş […]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov martın 12-də Bərdədə Tərtər, Yevlax, Zərdab və Bərdə […]

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə ağır itki üz verib. ARANTV.AZ xəbər verir ki, icra başçısının əmisi İsayev Rafiq Xanlar oğlu 83 yaşında vəfat edib. ARANTV.AZ kollektivi dərin hüzünlə icra başçısına  başsağlığı verir. Allah rəhmət eləsin.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə aşağıdakılar tapşırılıb: – Ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsın, – İşçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətləri məhdudlaşdırılsın, – AMEA-nın müvafiq […]

“Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla aidiyyəti dövlət orqanlarına tapşırıq verilib. Tapşırıqda deyilir ki, bu qərarla təsdiq edilmiş meyarlara cavab verən […]