Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında şəhid hərbi qulluqçulardan 223-ü üzrə 304 vərəsəyə də birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul olunub. Bu barədə “Ölkə.Az”a nazirlikdən məlumat verilib. Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fərmanının icrası işlərinin davam etdiyini, […]

“PolarGAP” beynəlxalq layihəsinin tədqiqatçıları təyyarə ilə Antarktida üzərindən uçublar. “Ölkə.Az” xəbər verir ki, təyyarədəki radio lokator buzun 3 km altına qədər məsafəni axtarıb. Məlum olub ki, lokator şərq hissədəki dərinlikdə anomal isti qeydə alıb. Ehtimal edilir ki, naməlum güclü istilik mənbəyi buzu aşağıdan əridir və bu zaman güclü radioaktiv şüalanma […]

Noyabrın 22-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub. “Ölkə.Az” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatını dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. “Azərbaycan […]

“Ölkə.Az” xəbər verir ki, bu yaxınlarda tapılan kütləvi məzarlıq ölkədə bu günə qədər tapılan ən böyük kütləvi məzarlıqdır. Rəsmilər məzarda ən azı 230 meyit qalıqları aşkar ediblər. İlk qazıntılar zamanı isə 90 meyitin sümükləri tapılmışdı. Məhkəmə ərazidə qazıntı və incələmə işlərinin aparılması barədə sərəncam verib. Kütləvi məzarlıq Şri-Lankanın Mannar şəhəri […]

İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi hava qüvvələri komandanı general Əmir Əli Hacızadə yeni açıqlama verib. “Ölkə.Az” xəbər verir ki, ABŞ-a məxsus Əfqanıstan, BƏƏ və Qətərdəki hərbi bazaların və Körfəzdəki ABŞ hərbi təyyarədaşıyanları İranın raket mənzilindədir. “Bizim raket mənzilimizdədirlər və bir hərəkət etsələr, onları vurarıq. Qurudan dənizə raketlərimizin uçuş mənzili […]

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ədliyyə işçilərini və hakimləri təbrik edib. “Ölkə.Az”ın xəbərinə görə, təbrik mətnində deyilir: “Hörmətli ədliyyə işçiləri və hakimlər! Sizi Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm. Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 1918-ci ildə təsis edilmiş Azərbaycan ədliyyəsi bir əsrlik mürəkkəb və şanlı inkişaf yolu keçmişdir. […]

Tovuz rayon sakinləri – 1995-ci il təvəllüdlü Kənan Məmmədov, 1994-cü ildə anadan olmuş Ramal Babayev, Əli Əhmədov və Səlim Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İntim video ilə şantaj “Ölkə.Az” publika.az-a istinadən xəbər verir ki,Kənan Məmmədov […]

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Monqolustanın müvafiq qurumu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməklə yanaşı, bu sahədə fəaliyyət göstərən nüfuzlu […]

Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən Qazaxıstanın Türküstan şəhərində “Müqəddəs Türküstan və türk dünyasının mənəvi yenilənməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Fransa, Hindistan və digər ölkələrdən türkoloqlar və diplomatik missiya nümayəndələri iştirak ediblər. Türküstan vilayətinin qubernatoru Canseyit Tüymebayev Qazaxıstan Prezidenti Nursultan […]

Bakıda qadını intim şəkilləri ilə şantaj etməkdə təqsirli bilinən İmişli rayon sakini, 1980-ci il təvəllüdlü Faiq Qasımovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Ölkə.Az” teleqraf.com-a istinadən xəbər verir ki, Faiq Qasımov tanışı Səidə Paşayevanı haqqında rüsvayedici məlumatları […]

Gələn həftə Argentinada “G-20” Zirvəsi keçiriləcək. “Ölkə.Az” xəbər verir ki, zirvədən əvvəl Rusiyadan yeni açıqlama verilib. Açıqlamaya əsasən, Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı şahzadəsi Salmanla görüşəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskov qeyd edib ki, tərəflər zirvə görüşü ərəfəsində görüş keçirə bilərlər. Hikmət Həsənov Ölkə.Az

Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilir. “Ölkə.Az”ın Report-a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilir. Dəyişikliklə, Ağsu rayonun Gürcüvan bələdiyyəsi Xanbulaq, Goranboy rayonunun Ağamalıoğlu bələdiyyəsi Düzqışlaq, Əzizbəyov bələdiyyəsi Kəhrizli, Xaçmaz rayonunun Alekseyevka bələdiyyəsi Çaykənarı, Müqtədir bələdiyyəsi İstisu, Xızı rayonunun Şuraabad bələdiyyəsi Şorabad, Qusar rayonunun Şirvanovka […]

Lənkəran rayonunda çaqqallar sakinlərə hücum edib. Ölkə.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Osaküçə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 58 yaşlı Südabə Əlibala qızı Həsənova, 60 yaşlı Bəxtiyar Şahhüseyn oğlu Həsənov, 37 yaşlı Rakif Balaxan oğlu Dövlətov və bir yaşlı Cavid Ələmdar oğlu Hümmətov yırtıcı heyvanların hücumu […]

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. “Ölkə.Az” xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə A.Paşayev özünü təqsirli bilməyib. O, azyaşlı qızlara qarşı seksual […]

Moskvanın Şeremetyevo hava limanında insident baş verib. “Ölkə.Az” xəbər verir ki, bu barədə hava limanının ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Anna Zaxarenkova məlumat verib. İnsident dünən axşam saatlarında meydana gəlib. Uçuş zolağında hərəkət edən təyyarə naməlum əşya ilə toqquşub. Bununla yanaşı təyyarənin sistemləri qəza barədə xəbərdarlıq edib. Uçuş zolağına hava limanının […]

Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib. “Ölkə.Az” Azvision.az-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 və 11-ci bəndlər əlavə olunur. Əlavəyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına […]

Beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur. “Ölkə.Az” xəbər verir ki, bunu Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın mətbuat konfransında əsirlərin dəyişdirilməsi məsələsinə münasibət bildirərək erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki […]

Təhsil naziri Ceyhun Bayramov 175 nömrəli məktəbin direktoru Tural Zeynalovun aktyor Rza Rzayev tərəfindən döyülməsinə münasibət bildirib. “Ölkə.Az” xəbər verir ki, nazir qeyd olunan halın ümumilikdə Azərbaycan cəmiyyəti üçün nadir hadisə olduğunu bildirib. “Əksər zaman Azərbaycan cəmiyyətində müəllimə, məktəb rəhbərinə hörmət görmüşük. Müəllim, məktəb rəhbərinə qarşı fiziki gücün tətbiq edilməsi […]

Filippində baş verən hadisə yerli xalqın panikaya düşməsinə səbəb olub. “Ölkə.Az” xəbər verir ki, Sultan Kudarat şəhərindəki kiçik bir fermada keçinin doğuş xəbəri gündəmə düşüb. Fermanın sahibi 40 yaşlı Jozefina Repik bu barədə məlumat verib. O, fermasındakı keçinin doğuşunu telefonla lentə alıb. “Bütün qonşular evimizə gəldi. Doğulan canlının nə olduğunu […]

“Ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq”. “Ölkə.Az” Report-a istindən xəbər verir ki, mətbuat konfransında çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib. Nazir “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsil sisteminin beynəlxalq […]

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (AEİMM) Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Həsənov Mərkəzin direktor müavini təyin edilib. “Ölkə.Az” xəbər verir ki, bu barədə KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı nazir […]

“Regionda təhdidlərin artması müşahidə olunur. Odur ki, səylərimizi birləşdirərək bu problemləri aradan qaldırmağa nail ola bilərik”. “Ölkə.Az” xəbər verir ki, bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia Azərbaycan- Gürcüstan-Türkiyə hərbi rəhbərlərinin Bakıda keçirilən 3-cü üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan və Türkiyə […]

“Azərbaycan-Gürcüstan-Türkiyə hərbi rəhbərlərinin 4-cü üçtərəfli görüşü Türkiyədə keçiriləcək”. “Ölkə.Az” xəbər verir ki, bunu Bakıda keçirilən 3-cü üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. O qeyd edib ki, Azərbaycanın müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin […]

Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasında olan ziddiyyət aradan qaldırılır. “Ölkə.Az”ın Report-a istinadən xəbərinə görə, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilir. Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında […]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gedib. “Ölkə.Az” xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşılayıblar. […]

Azərbaycanın müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda keçirilən 3-cü üçtərəfli görüşü başa çatıb. “Ölkə.Az” xəbər verir ki, əvvəlcə açıq keçirilən, daha sonra qapalı formada davam etdirilən müzakirələrin sonunda protokol imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı […]

Noyabrın 16-da Bakıda özünə qəsd edən qızın intihara əl atmasının səbəbləri məlum olub. “Ölkə.Az” xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Nərimanov rayon Prokurorluğundan məlumat verilib. Bildirlir ki, saat 09:10 radələrində 1997-ci il təvəllüdlü Tovuz rayon sakini Musayeva Şahsənəm Rafiq qızı Nazim Hacıyev küçəsində yerləşən 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən […]

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru vəzifədən çıxarılması və adının çaxır qalmaqalında hallanmasından danışıb. A.Məhərrəmov “Ölkə.Az”ın sualına cavabında Prezidentin sərəncamına hörmətlə yanaşdığını bildirib. A.Məhərrəmov deyib: “Bir şeyi dəqiq bilin ki, Prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur. Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir. Bu, təbii qəbul […]

İranın “Bible Archaeology, Search & Exploration Institute” İncil araşdırmaları və arxeologiya institutu yeni açıqlama verib. “Ölkə.Az” xəbər verir ki, açıqlamaya əsasən, Nuh Peyğəmbərin gəmisinin qalıqlarının tapıldığı ehtimal edilir. Daşlaşmış qədim taxta parçaları Təxti Süleyman dağında tapılıb. Dağ İranın şimali-qərbində, Tekab şəhəri yaxınlığındadır. Nuh Peyğəmbərin gəmisinin axtarışları İncil tədqiqatçılarının ən məşhur […]

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb. Bu barədə “Ölkə.Az”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir […]

Qəbələ rayonunda qətl törətməkdə təqsirləndirilən Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyevin cinayət işi üzrə məhkəmə başlayır. “Ölkə.Az” Oxu.Az-a istinadən xəbər verir ki, cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis […]

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana səfərə gəlib. Bu barədə “Ölkə.Az”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfərdə məqsəd Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə iştirak etməkdir. Bildirilib ki, Y.Gülerin […]

İndoneziyanın Vakaboti milli parkında iri balına cəsədini dalğalar sahilə vurub. “Ölkə.Az” xəbər verir ki, uzunluğu 9.5 metr olan balinanın mədəsindən 5 kilo zibil çıxıb. Balinanın mədəsindən 115 plastik stəkan, 4 plastik su şüşəsi, 25 paket və 2 tərlik çıxıb. Fotoqraflar ekoloji fəlakətin ölçülərini göz önünə sərən bu fotoları dünya mətbuatına […]

Gəncə şəhərində partlamamış hərbi sursat tapılıb. Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları Gəncə şəhəri, Kəpəz rayonu, Xəqani küçəsi 16 ünvanında bir ev və həyətyanı sahəyə baxış […]

2020-ci ilin əvvəlində Belçika ordusunda qadınlardan ibarət xüsus təyinatlı dəstə yaradılacaq. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda şəxsi heyəti 27 min nəfər olan ordunun 7,8%-i qadınlardan ibarətdir. Belçikada qadınlar ilk dəfə 1975-ci ildə hərbi xidmətə qəbul ediliblər. 1992-ci ildə isə ölkədə ümumi hərbi mükəlləfiyyətdən imtina olunub. Xüsusi təyinatlı dəstələrdə […]

Britaniya hərbçiləri Böyük Britaniyanın Avropa Birliyi ilə sazişinin iflasa uğraması nəticəsində ölkədə yarana biləcək xaosu aradan qaldırmaq üçün təcili tədbirlər planı hazırlayır. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Sunday Times” məlumat yayıb. Plan “Temperer” əməliyyatına başçılıq edən zabitlər tərəfindən tərtib edilir. Sözügedən əməliyyat irimiqyaslı terror aktları baş […]

Çexiyada Söz azadlığı və Demokratiya Uğrunda Mübarizə Günü milli bayramı çərçivəsində keçirilən tədbirdə prezident Miloş Zeman və Baş nazir Andrey Babişin göndərdikləri çələnglər zibil qutularına atılıb. Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Praqa radiosu” informasiya yayıb. Məlumata görə, bayramla əlaqədar toplaşanlar arasında Kaputin və Rebelove hərəkatlarının fəalları də […]

Rusiyanın Saratov vilayətində yük qatarının sərnişin avtobusu ilə toqquşması nəticəsində Özbəkistanın beş vətəndaşı həlak olub. Milli.Az bildirir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Saratovdan Qazaxıstanın Uralsk şəhərinə gedən avtobusda, həmçinin iki Qazaxıstan vətəndaşı ölüb, iki sərnişin isə yaralanıb. Məlumatda deyilir ki, hazırda Özbəkistan vətəndaşlarının tanınması və onların […]

ABŞ Almaniya ilə işğal etdiyi bir ölkə kimi davranır. Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniyanın keçmiş kansleri Herhard Şröder deyib. ABŞ-ın ticarət siyasətini tənqid edən Şröder rəsmi Berlinə ABŞ əvəzinə Çinə üz tutmağı məsləhət görüb. “ABŞ-ın Almaniyadakı səfirinə baxanda mənə elə gəlir ki, o özünü işğal zabiti […]

Bir müddət əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşü keçirilib. Görüş zamanı birgə bəyanat verilib. Və qeyd edilib ki, Agentlik tərəfindən müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması, mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər […]

Pakistan polisi ötən gün noyabrın 17-də İslamabada narkotik və insan alverinə görə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Solmaz Əbiyevanı həbs edib. Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, İslamabadda polis reydi zamanı özünü şübhəli aparan qadın saxlanılıb. Axtarış zamanı onun üzərindən 1 kiloqramdan çox heroin aşkarlanıb. Saxlanılarkən qadın özünün Türkiyə vətəndaşı […]

Şəxsi həyatınızı sahmana sala bilmirsiniz? İşdə problemləriniz bitib-tükənmək bilmir? Sağlamlığınız bilinməyən səbəblərdən pisləşir? Demək sizə cadu ediblər. Ümumiyyətlə, cadu haqda nələri bilirik? Sınanmış üsullardan biri odur ki, göz dəyməsin deyə körpə uşaqların alnına pomada ilə nöqtə qoyurlar. Bəs bu üsullar işə yarayırmı? Milli.Az Publika-ya istinadən bildirir ki, psixoterapevtlərə görə, bədnəzər […]

ABŞ vətəndaşı Kris Venzelin ölməzdən öncə elan etdiyi son arzusu hamını təəccübləndirib. Belə ki, o, bədənindəki döymələrin ölümündən sonra da qorunub saxlanmağını istəyib. 30 yaşlı Kris dünyasını dəyişəndən sonra həyat yoldaşı onun istəyini yerinə yetirib, və ərinin dərisini soydurub. Milli.Az bildirir ki, Amerikalı Kris hələ yeniyetmə yaşlarından döymə ustası kimi […]

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Milli.Az Publika-ya istinadən xəbər verir ki, gecə saat 03 radələrində Nərimanov rayonu Heydər Əliyev prospektində “Toyota Prado” markalı minik avtomobili qəfil qarşısına çıxmış piyadanı vurub. Nəticədə ağır xəsarət alan 20 yaşlı oğlan hadisə yerində ölüb. Bildirilir ki, minik avtomobili prospektdə sürətlə hərəkət edirmiş […]

Sosial

İdman

Video