Polis bölməsi qarşısında bıçaqlanma olub

Bakının Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.


Astv.News Femida.az-a istinadla xəbər verir ki, 1978-ci il təvəllüdlü Hüseynov Elşad Dünyamalı oğlu Bayıl qəsəbəsində yerləşən 8-ci Polis bölməsinin qarşısında tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir