Polis narkotiklə saxlanılıb? – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Fərid Hüseynovun saxlanılması barədə məlumat yayılıb.

Astv.news məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində onun üzərində böyük miqdarda narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli saytımıza açıqlamasında bildirib ki, Salyan RPŞ-nin əməkdaşı Fərid Hüseynov bir müddət əvvəl öz istəyi ilə daxili işlər orqanlarından azad olunması ilə bağlı ərizə yazıb.

Onun həbs edilməsi  ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Hazırda sosial şəbəkədə yayılan məlumatla bağlı araşdırma aparılır”.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanın qadın millisi Avropa çempionatına vəsiqə qazandı

Be Yan 13 , 2020
Avropa Voleybol Konfederasiyası 2021-ci ildə qadınlar və kişilər arasında keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək komandaların adlarını açıqlayıb. Astv.news xəbər verir ki, qadın komandamız son Avropa çempionatının nəticəsinə əsasən seçmə mərhələdən azad olub və qitə birinciliyində növbəti dəfə iştirak etmək hüququna yiyələnib: Kişilər Polşa, Çexiya, Finlandiya, Estoniya (ev sahibləri) Serbiya, […]