Prezident: Azərbaycanın regional və beynəlxalq təşkilatlarda iştirakı praqmatizmə əsaslanır

Azərbaycanın müxtəlif regional və beynəlxalq təşkilatlarda iştirakı praqmatizmə əsaslanır.

İnterfax.az xəbər verir ki, bunu Prezident İlham Əliyev deyib.

“Azərbaycanın əsas ideologiyası müstəqillik, özünü təmin etməkdir. Mən prezident kimi, Azərbaycanı özünü təmin edən, heç kəsdən asılı olmayan dövlətə çevirməyi qarşıma məqsəd qoydum.

Başqa sözlə desək, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqilliyin təməlidir”, – İlham Əliyev çərşənbə günü Davosda “Strateji baxış: Avrasiya” mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, müxtəlif ölkələrin məqsədləri və iqtisadi sistemlərin zəifliyi fərqlidir.

“Çox əlverişli və cəlbedici coğrafi mövqeyimiz, enerji təhlükəsizliyini təmin edən təbii ehtiyatlarımız var. Qonşu və tərəfdaşlarla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır – biz heç kəsdən asılı deyilik.

Beynəlxalq təşkilatlarda iştirakımız praqmatizmlə əlaqədardır. Əgər bu, bizə biznes üçün böyük imkanlar verirsə, sabitlik, təhlükəsizliyi artırırsa, o zaman bunu vacib hesab edirik. Bir sıra beynəlxalq assosiasiyaların üzvüyük, misal üçün, Qoşulmama Hərəkatının”, – dövlət başçısı əlavə edib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında - VİDEO

Ç Yan 22 , 2020
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında iştirak edib. Forumun rəsmi saytı xəbər verir ki, dövlət başçısı konfransda məruzəçi kimi çıxış edib. İlham Əliyevdən başqa, konfransda “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin meneceri Kayrat Kelimbetov, “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, Oksford Universitetində qlobal iqtisadi idarəetmə üzrə professor Nqeyr […]

Sosial

İdman

Video