Prezident İlham Əliyev: Ötən il inflyasiya cəmi 2,6 faiz təşkil edib

Keçən il makroiqtisadi vəziyyət sabit olub, inflyasiya cəmi 2,6 faiz təşkil edib. Baxmayaraq ki, çox böyük sosial paket icra edildi. Bu barədə mən dedim. Eyni zamanda, problemli kreditlərin qaytarılması üçün böyük vəsait təmin edildi. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədə qalıb.

Bu barədə Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər görüləcəyini deyən dövlətimizin başçısı bildirib ki, Mərkəzi Bank 2019-cu il ərzində öz valyuta ehtiyatlarını artırıb. Mənə verilən məlumata görə, 630 milyon dollar səviyyəsində vəsait daxil edilib. Bütövlükdə, Mərkəzi Bankın 6,2 milyard dollar səviyyəsində valyuta ehtiyatları var. Keçən il Mərkəzi Bankın funksiyaları genişləndirildi.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İnsanların sosial müdafiəsi daha da gücləndirilir

Ça Yan 14 , 2020
Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsində də bu istiqamətdə atılan addımlar və əldə olunan uğurlar əsas rol oynayır. Dövlətimiz bütün vətəndaşların iqtisadi və ictimai tərəqqisinə imkanlar yaradır. Nəticə etibarilə bir nəfərin inkişafı hamının inkişafının şərti kimi çıxış edir. Bu baxımdan sosial dövlət vətəndaşların yüksək rifahının təminatçısıdır. Əməkhaqlarının, pensiyaların […]

Sosial

İdman

Video