Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım,Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xəzər rayonunda qızıl-zinət oğruları tutuldu

Şb Yan 25 , 2020
Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə yanvarın 23-də Binə qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri […]

Sosial

İdman

Video