“Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü cəmiyyətə bir ismarıcdır”

Şəhid ailələrinin, müharibə veteranları və əlillərinin, 20 yanvar əlilllərinin, Milli Qəhrəmanların və onların iləsinin sosial müdafiəsi ildən-ilə yaxşılaşır. Prezident İlham Əliyevin şəhid ailələri ilə son görüşü isə onlara olan diqqət və qayğının göstəricisi, həm  də cəmiyyətdə şəhid ailələrinə necə hörmət və ehtiramla yanaşılmalı olduğuna dair cəmiyyətə bir ismarıcdır.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, AFFA-nın vitse-prezidenti Rauf Əliyev bildirib.

Prezident İlham Əliyev şəhid anasının ayağa qalxmasına izin vermədi, özü onun yanına getdi

Millət vəkilinin sözlərinə görə, bu istiqamətdə görülən tədbirlər rəğbətlə qarşılanır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşdülər. Şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. 2019-cu il yanvarın 1-i tarixinə 12779 şəhid ailəsi, 119 nəfər 20 yanvar şəhid ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər  20 Yanvar hadisələri zamanı əlil olanlar  Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox – 626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə, müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütamadi olaraq artırılıb. Bununla da bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimayyət tərəfindən rəğbətlə qarşılanıb”.

Əlillərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 35 milyon manat ayrılıb

 Onun fikrincə, 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da buna bariz nümunədir: “Şəhid hərbi qulluqçuların ailələrinə 11000 manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman bu ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri olmaqla yanaşı, həm də ölkə vətəndaşlarının  rifahının  yüksəldillməsinə yönələn ən hümanist addımlardan biri kimi qəbul edilməlidir. Bu Fərmanla 9531 şəhid  hərbi qulluqçunun vərəsəsinə nəzərdə tutulan birdəfəlik ödəmələr veriləcəkdir. Artıq 3,1 min nəfərin 4,2 min vərəsəsi birdəfəlik  ödəməni alıb və bu proses 2019-cu ildə yekunlaşacaq”.

  Dövlətimizin başçısı çıxışında bildirdi ki, Cocuq Mərcanlı bizim əyilməz iradəmizin rəmzinə çevrilib, onun yenidən qurulması hərbi qələbəmizin nəticəsində mümkün olub. “Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq,” – deyən Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür etdi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirdi.
Mən əminəm ki, şəhidlərimizin canlarından keçdiyi amalın gerçəkləşəcəyi, işğal altındakı torpaqlarımızın azad olunacağı və ərazi bütövlüyümüzün bərpa olunacağı gün uzaqda deyil”.

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şəhid ailəsinin üzvü: "Hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edirik"

Ça Yan 29 , 2019
Prezident İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı göstərir və biz də şəhid ailəsi olaraq bu diqqət və qayğını hər zaman hiss edirik. Astv.news xəbər verir ki, bunu Trend-ə şəhid ailəsinin üzvü Muxtar Qəhrəmanov bildirib. M.Qəhrəmanov bildirib ki, şəhid ailələri üçün güzəştlər tətbiq olunur, onlara müavinətlər verilir, mənzillər təqdim olunur: […]

Sosial

İdman

Video