Prezident onu “Əmək” ordeni ilə təltif etdi – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əlişir Veys oğlu Musayevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əlişir Veys oğlu Musayev 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Əlişir Musayev AMEA-nın müxbir üzvü (2017), tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Əməkdar Elm Xadimi, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktorudur.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda 14 evdən oğurluq edən şəxs saxlanıldı

Be Dek 9 , 2019
Bakıda 14 evdən oğurluq edən şəxs saxlanılıb. Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, oğurluq etdiyinə görə tutulan R.İbrahimovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 14 evdən pul, qızıl-zinət əşyaları və noutbuk […]

Sosial

İdman

Video