Prezidentdən sərəncam: Baş nazir ildə iki dəfə…

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılacaq. Həmçinin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizmi beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə yaradılacaq və tətbiq ediləcək.

Sərəncama əsasən, Nazirlər Kabineti dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil edəcək və icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə məlumat verəcək.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Türkiyə koronavirusla mübarizəyə 100 milyard lirə ayırdı

Ca Mar 19 , 2020
Türkiyə hökuməti koronavirusla mübarizəyə 100 milyard lirə (265,600,000 AZN) vəsait ayırıb. “Anadolu” xəbər agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim etdiyi bu paket “İqtisadi Sabit Qalxan” (Ekonomik İstikrar Kalkanı) adlanır. Ərdoğan Çankaya Köşkündə koronavirusla bağlı iclasdan sonra virusla mübarizə üçün hökumətin belə bir qərar verdiyini açıqlayıb. Oxunma sayı : 7

Sosial

İdman

Video