Prezidentin yeni köməkçisi kimdir? – DOSYE

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi təyin edilib.

Astv news Ş.Mövsümovun tərcümeyi-halını təqdim edir.

Ş.Mövsümov 1972-ci ilin 31 yanvarında anadan olub.

1990-1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib.

1995-2005-ci illər Milli Bankda (indiki Mərkəzi Bank) beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.

2003-2004-cü illər Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbinin, dövlət idarəçiliyi üzrə magistr dərəcəsini bitirib.

2005-2006-cı illər Mərkəzi Bankın Baş direktoru vəzifəsində işləyib.

15 may 2006-cı ildən Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində çalışır.

12 iyun 2006-cı ildən Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədr müavinidir.

2006-2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub.

2006-2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri olub.

2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.

2014-cü ildən Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvüdür.

15 iyul 2016-cı ildən Azərbaycan Maliyyə Sabitliyi Şurasının üzvüdür.

5 aprel 2017-ci ildən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədridir.

14 mart 2018-ci ildən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.

2018-ci il 20 sentyabr tarixindən Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin üzvüdür.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyev: Şəffaflıq bizim şüurlu seçimimizdir

C Noy 29 , 2019
Şəffaflıq bizim şüurlu seçimimizdir və bu gün Dövlət Neft Fondu dünyadakı suveren fondlar arasında ən şəffaf, ən səmərəli işləyən fondlardan biridir. Bunu Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə – Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. Dövlət başçısı bildirib: “Azərbaycan Dövlət Neft […]

Sosial

İdman

Video