Putin yenə alman dilində danışdı

Rusiya prezidenti Vladimir Putin Soçidə Almaniya biznesinin nümayəndələri ilə görüşündə alman dilində danışıb.

Astv.news unikal.org-a istinadən xəbər verir ki, bu barədə “Pul №3” teleqram kanalı xəbər verib.

Belə ki, söhbət əsnasında rus dilindən alman dilinə sinxron tərcümədə problem yaşanıb. Bu zaman dövlət başçısı üzünü onlara tutaraq deyib: “Was ist los?” (“Nə baş verib?”)

Qeyd edək ki, Putin bundan əvvəl də ictimai çıxışlar zamanı alman dilində danışıb. Bundan əvvəl belə hadisə may ayında yaşanmışdı. Həmin vaxt Putin Avstriya lideri Aleksandr van der Bellenin Zalsburq festivalını ziyarət etmə barədə təklifinə alman dilində cavab vermişdi.

Sonxeber.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR

Bz Dek 8 , 2019
AZƏRBAYCAN RESPUBLİKASİ CİNAYƏT MƏCƏLLƏSİNİN 306-CI MADDƏSİNİN ŞƏRHİ – MƏHKƏMƏNİN HÖKMÜNÜ, QƏRARINI, YAXUD DİGƏR AKTINI İCRA ETMƏMƏ Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra məhz ümummilli lider Heydər Əliyev tərəfindən onun gələcək inkişaf istiqamətləri müəyyən edildi. Ölkənin həm siyasi, həm iqtisadi, həm də hüquq sistemini  uğurla müəyyənləşdirən ulu öndər 1995-ci ildə müstəqil respublikanın […]