Qənirə Paşayeva spiker olacaq? – AÇIQLAMA

Yerli mətbuatda Milli Məclisin sədrinin Qənirə Paşayeva olacağı ilə bağlı məlumat yayılıb.

Q.Paşayeva Oxu.Az-a açıqlamasında yayılan məlumatlara münasibət bildirib.

O qeyd edib ki, həmin məlumatlar doğru deyil.

Xatırladaq ki, növbəti çağırış Milli Məclisin ilk iclasında parlament sədri seçilir. Milli Məclisin sədri deputatlar sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.

Milli Məclisin sədri vəzifəsinə namizədliyi deputatlar irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.

Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı Komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər.

Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin sədri seçilir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda yüksək vəzifəli şəxsin oğlunun binasında qalmaqal - FOTO

Ca Fev 13 , 2020
Bakı şəhər sakini Asif Məmmədov “Konstra” MTK tikinti şirkətindən narazıdır. A. Məmmədov Qafqazinfo-ya müraciətində qeyd edib ki, 2018-ci ildə müxtəlif vaxtlarda sözügedən tikinti şirkətindən 169 nəfər ev alıb: “Hamı evin pulunu tam ödəyib. Əlimizdə bununla bağlı maliyyə arayışı da var. Mənzil aldığımız bina Tibb Universitetinin qarşısında yerləşir. Mən özüm 67 […]

Sosial

İdman

Video