Qənirə Paşayevadan spiker olacağı ilə bağlı xəbərlərə daha bir REAKSİYA

Milli Məclisə növbədənkənar seçkilərdə 105 saylı Tovuz Seçki Dairəsinin lider namizədi Qənirə Paşayeva parlamentin spikeri olacağı ilə bağlı iddialara münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, Q.Paşayeva “Facebook” hesabında yazıb ki, yayılan xəbərlər əsassızdır.

“Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir. Hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır. mən isə bitərəfəm”, – deyə o əlavə edib.

O bildirib ki, Milli Məclisin yeni tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq.

“Xahiş edirəm əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm”.

Qeyd edək ki, Q.Paşayeva fevralın 13-də Oxu.Az-a açıqlamasında da haqqında yazılanların doğru olmadığını bildirmişdi.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Yaşlı anasını döyüb öldürdü - FOTO

C Fev 14 , 2020
Türkiyənin İzmir şəhərində oğul anasını döyərək öldürüb. “Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, 55 yaşlı Bəkir Baştosun 85 yaşlı anası Görgün Baştosunu ölümcül döyüb. B.Baştosun arvadından ayrılandan sonra birgə yaşadığı kar və kor olan anasını döyüb. Sonra bacısıgilə gedərək anasının vəziyyətinin yaxşı olmadığını deyib. Qızları evə gələndə analarını yerdə […]

Sosial

İdman

Video