Qətərdə Asiyada Əməkdaşlıq Dialoqu Forumu xarici işlər nazirlərinin 16-cı iclası keçirilib

Qətərin paytaxtı Dohada Asiyada Əməkdaşlıq Dialoqu (ACD) Forumu xarici işlər nazirlərinin16-cı iclası keçirilib.

Astv.News bildirir ki, AZƏRTAC ACD-nin saytına istinadla xəbər verir ki, iclası Qətərin xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al-Tani açaraq Asiya ölkələri arasında əməkdaşlığın gücləndirilməsi sahəsində qarşıda duran vəzifələrdən, Asiyada Əməkdaşlıq Dialoqu Forumunun iqtisadi əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edib.

İclasda çıxış edən Türkiyənin və İranın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Cavad Zərif texnologiya, turizm, kənd təsərrüfatı, ekologiya, yoxsulluğun azaldılması sahələrində Asiya dövlətlərinin hökumətlərinin qarşısında duran ciddi vəzifələrdən danışıblar.

Xarici işlər nazirlərinin yekun Bəyannaməsində qeyd olunub ki, Türkiyə 2019-cu ilin sentyabrından başlayaraq bir il müddətinə Asiyada Əməkdaşlıq Dialoqu Forumuna sədrlik edəcək. Hazırda Foruma Qətər sədrlik edir.

Asiyada Əməkdaşlıq Dialoqu Forumu 2002-ci ildə Asiya ölkələrinin qlobal iqtisadiyyatda rəqabət qabiliyyətini artırmaq məqsədilə yaradılıb. Forumda 34 ölkə iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir