Qəza 20-dən çox evi təbii qazsız qoydu – FOTO/VİDEO

Lənkəran-Boradigah yolunun Separadi kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Astv.news  xəbər verir ki, Masallı sakini, 27 yaşlı Elton Qafarov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə, nəqliyyat vasitəsi əvvəlcə yol kənarındakı qaz borusuna, daha sonra ağaca çırpılıb.

Avtomobilin ön hissəsi ciddi zərər görüb.

Bu zaman nəqliyyat vasitəsində olan sərnişin Cavid İsayev orada sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb edilib. Briqada üzvləri Cavid İsayevi xilas ediblər.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Qəza nəticəsində qaz xətti zədələndiyindən, yaxınlıqda yerləşən 20-yə yaxın evə təbii qazın verilişi dayandırılıb.

Eyni zamanda, hadisə baş verən Lənkəran-Boradigah yolunda avtomobillərin hərəkəti bir saata qədər məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qaradağ rayonunda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

C Yan 17 , 2020
Qaradağ rayonunda mübahisə zamanı bıçaqlanma hadisəsi baş verib. Astv.news xəbər verir ki, hadisə Müşviqabad qəsəbəsində qeydə alınıb. Təxminən, 45-50 yaşlı Abbasov Hüseyn Şirməmməd oğlu naməlum şəxslə mübahisə zamanı bıçaq xəsarətləri alıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. Oxu.Az Oxunma sayı : […]

Sosial

İdman

Video